Vərəmli adamlara həkimlər xüsusi qayǧı ilə yanaşırlar. İyirmi dörd yaşlı, can-başı saǧlam, istiqanlı bir oǧlan özünü nə qədər saxlayacaqdı (M.İbrahimov).
Əziz isə qürbətdən vətənə qayıdardı (C.Əmirov).
Həyat vicdanlı və namuslu adamı mübarizlər cərgəsinə çıxarmışdır (S.Rəhimov); Amma mən onu deyirəm ki, sən sədr ol, mən çoban, bir gün gələr görərsən ki, necə insafsız iş tutmusan (M.İbrahimov).
Əbdül adi bir nökər isə də, sizin kimi vicdansız deyil (C.Cabbarlı); Qoy Mehribanın Zeynal ilə Ninaya verdiyi bu sualı hər bir insaflı kişi özünə versin (S.Hüseyn).
Zənnimcə, xilqətdən daha əvvəl ədavətsizlik və vicdansızlıq yaranmışdır (C.Cabbarlı); İndi bu məsələ qaldı sənin insaflılıǧına.
Heydər içəri girən kimi müsahibinin canına vicvicə düşdü (T.Kazımov); Qızdırma onu əldən salmışdı (“Ulduz”).
Açdı mənə dərdli aǧac; Viran baǧın məlalını (M.Rahim); Daǧıldı qüssədən abad gördüyün könlüm (Heyran xanım).
Mən onda bildim ki, yaranmaq nədir? Bəşərsiz kainat bir viranədir (S.Vurǧun); Biz bu dünyaya xarabalıqları abad etməyə gəlmişik (Ə.Məmmədxanlı).
Ədəbi dil normalarına zidd olan qaba sözlər vulqar sözlər adlanır. Yeni yetişən ədəbi gənclik həmişə Cabbarlının diqqət mərkəzində idi (M.Arif).
Vuraǧan öküzə Allah buynuz verməz (Ata. sözü); Məhəmmədhəsən əmi dinc adamdır (C.Məmmədquluzadə).
Vurma hasilini almaq üçün ədədin digər ədədə neçə dəfə vurulduǧunu göstərən ədəd vuran, bölünən kəmiyyətin bölündüyü ədəd bölən adlanır (“Riyaziyyat”).
Mən də sənin kimi gülə vurǧunam (M.Rahim); Nə baxırsan oǧrun-oǧrun; Mənə biganələr kimi (Xəstə Qasım).
Ay Allahqulu, yaxşı ki, yaxamızı bu vurhavurdan qurtardıq (Çəmənzəminli); Hər yan sakitlik idi (M.İbrahimov).
Hasil almaq üçün bir ədədin başqa bir ədədə, yaxud öz-özünə vurulması vurma, bir sayda neçə dəfə başqa say (ədəd) olduǧunu bilmə əməli bölmə adlanır (“Riyaziyyat”).
Beşi ikiyə vurmaq, alınan hasili beşə bölmək lazımdır.