Bir vahid millətə, iki hakimin; Dili doǧmalaşdı… Bu lap aǧ oldu; Doǧma anamızın şəkərdən şirin; Bizə öyrətdiyi dil yasaq oldu (B.Vahabzadə); Təzadlı dünyanın müxtəlif qütblü; Mənfili, müsbətli fəlsəfəsi var (N.Kəsəmənli).
Tellini yenidən vahimə bürüdü. O qorxurdu (S.Hüseyn); Aləm bilir ki, səndə olan cəsarət, kişilik bizim heç birimizdə yoxdur (M.İbrahimov).
Telli yatmaq zamanı çatdıqca vahimələnməyə başladı (H.Hüseyn); Mina xanımın ürəyindən olduǧunu yəqin etdikdə isə daha da cəsarətləndi (M.İbrahimov).
Birdən qabaqdan vahiməli bir səs eşidildi (Mir Cəlal); Bayır yumşaq, ürəkaçan bir bəyazlıǧa bürünmüşdü (B.Bayramov).
Qazılan quyunun əyilə bilməsinin qarşısını almaq üçün əyriliyini vaxtaşırı ölçmək lazımdır (Ə.Quliyev); Hərdənbir ərinə də yazıǧı gəlirdi (M.İbrahimov).
Vardan xeyir gələr, yoxdan ziyan (Ata. sözü).
İndi məndən nə istəyirsən? Sən bir varlı, mən bir fəqir (C.Cabbarlı).
Varlıların çoxu özlərini və mədənlərini qorumaq məqsədi ilə yanlarında qoçu saxlayırdılar (A.Şaiq); Heç nəyini, bəy, lütün biridir (C.Məmmədov).
Yalnız kollektiv təsərrüfat quruluşu bizim kəndimizi indiki mədəni, varlı səviyyəyə gətirib çatdırmışdır (İ.Əfəndiyev); Ay nənə, vallah, mənim özüm də sənin kimi yoxsulam (Ə.Haqverdiyev).
– Yoxsul bu kişi varlı-hallı bir adam idi (Ə.Haqverdiyev); Tutqun işıq bu yoxsul daxmanın görkəmini daha da miskinləşdirirdi (A.Məmmədrza).
Varlı-karlı kişidir, niyə verməyək? (Mir Cəlal); Sizi bu yoxsul otaǧa gətirən mənəm! (M.S.Ordubadi).
Ey varlıǧı yox, yoxluǧu vardan daha dilbər; Ruhim səni izlər (H.Cavid).
Varlıǧa nə darlıq (Ata. sözü); Dünyada heç igid, yoxsul olmasın; Yoxsulluq igidə yaman ad olur (“Koroǧlu”).
O hələ varlılıǧı sayəsində başını birtəhər girləyir (T.Hüseynov); Kasıbçılıq, arvadının ölümü və uşaqlarının çoxluǧu onu əldən salmışdır (A.Məmmədrza).
Səba, əhvalımı bir-bir; Varıb ol yarə ərz eylə (M.V.Vidadi); Sabahı fasilə zamanı Gülər bizim sinfə gəldi (M.İbrahimov).