Dostlar səmimi görüşüb öpüşdülər (C.Əmirov); Qaraş iki-başlı söz soruşduqda Maya da ondan incidi, bir-birindən soyuq ayrıldılar (M.İbrahimov).
Onun baxışlarından bir səmimilik duyulurdu (H.Nadir); Mayaya elə gəldi ki, bu etiraf yalan və riyakarlıqla doludur (M.İbrahimov).
O, Əzizin sözlərini eşitdikcə ürəyi daǧ boyda olur, sevgililərinin saf və səmimiliyinə inamı qat-qat artırdı (Ə.Vəliyev); Saxtalıq hökm edir daima; Bu necə dövrandır, həyatdır? (M.Rahim).
Onun mənə münasibətində səmimilik yoxdur
(“Azərbaycan”); İndi mənə qarşı bu soyuqluq nədir? (C.Cabbarlı).
Səmimiyyət olmayan yerdə sənət yoxdur (M.İbrahimov); Birdən-birə qızın üzündə yaranmış ciddiyyət bu suallardan xoşlanmadıǧını göstərdi (M.İbrahimov).
Vaxtında səpək, vaxtında yıǧaq, vaxtında təhvil verək (Ə.Vəliyev).
Artıq mən sərbəst adamam, sən məni üzüqara edirsən (M.İbrahimov); Ana, unutmayınız ki, bu işdən mənim də ömrüm asılıdır (S.S.Axundov).
Atamın balaca çərəkələrini də sərbəst oxuyurdum (M.İbrahimov); Əsər çətin oxunur, dili aǧırdır.
O burada özünü son dərəcə sərbəst hiss edirdi (S.Vəliyev); Hacı İmanqulu, siz də Muxtar bəyin əmrinə tabesiniz (S.S.Axundov).
Bizə sərfəli deyil, zərərlidir.
Mən ayıǧam, mən sərxoş deyiləm, gedirəm! – dedi (M.İbrahimov).
Keçir xatırından hətta sərxoşluq; Lakin ümidini kəsməyir Cəlal (S.Vurǧun); Ayıqlıqdan lap başım çatlayır (S.S.Axundov).
Sahil istidir, Qafur, sularsa çox sərindir (S.Rüstəm).
Yayı həmişə sərin, qışı mülayim keçir.
Sərinlik yayılır bu gözəl baǧa (A.Şaiq); Hər yeri istilik bürüyüb (S.Hüseyn).