Belə deyib qarı səhərli, günortalı, axşamlı – bütöv bir gün təki Alayın yuxusundan çıxdı (M.Süleymanlı).
Səhhətim də qismən düzəlmişdir (M.S.Ordubadi); Mərəzi şiddətlənmişdi (S.Qədirzadə).
Bu xəbər səhihmidir? (S.S.Axundov); Qızın verdiyi məlumat yalandır.
İş səhihlik tələb edir (“Ulduz”); Canavarlar yedi bütün qoyunu; İştə, oǧlum, yalançılıq oyunu (M.Ə.Sabir).
Mənim səhlənkar başımı kəs! (Mir Cəlal);
Məsuliyyətli adamdır (M.İbrahimov).
Xanım, fikriniz səhv deyil (S.S.Axundov); Doǧru xəbərdir, anın üçün darə düşmüşəm (Nəsimi).
Bu gözlənilməz səxavət zabiti son dərəcə sevindirdi (S.Vəliyev); Gözəllik xəsisliyi sevməməlidir (M.S.Ordubadi).
Bu səxavətli qonaqların hamısından artıq, nədənsə, Təbrizin sovqatlarına fikir verilirdi (Mir Cəlal); Ay simiclər padşahı, nə üçün indiyədək bunları satıb balaların üçün xərcləməmisən, goruna aparacaqsan? (C.Əmirov).
Gecələr çox səksəkəli yatırdı (S.Qədirzadə); Qoyun xalq rahat yaşasın (M.İbrahimov).
Otaq səliqəli, otaq tərtəmiz; Düzülmüş nizamla təzə stullar (H.Hüseynzadə); Otaq natəmizdir. (Ə.Qasımov).
Bütün binalar səliqəsiz halda bir-birinin yanına düzülmüşdü (C.Əmirov); Balaca, isti və sahmanlı bir mənzil idi (Mir Cəlal).
İçəri girən kimi səliqəsizlik gözə çarpır (“Ulduz”); Evdə bir sahmanlılıq, səliqəlilik vardır ki, gəl görəsən (M.Süleymanlı).
Kolxozçuların bir sıra aǧıllı və səmərəli təklifləri oldu (M.İbrahimov); Baş qoşmaq da faydasızdır (Mir Cəlal).
Heç yerdə heç kəs tərəfindən artıq və səmərəsiz əməyə yol verilməməlidir (M.İbrahimov); Söhbətiniz çox şirin, çox faydalıdır (M.İbrahimov).
Deyirlər ki, səmimi eşqin ürəyi geniş olur (C.Cabbarlı); Riyakar, ar olsun sənə! (C.Əmirov).