Mən isə savadsız bir adamam (C.Əmirov); Şəxsən mən Əzizi təşəbbüskar, bilikli bir işçi kimi, yaxşı bir mütəxəssis kimi müdafiə edirəm (Ə.Vəliyev).
Qurd qardaş, savaş nə gərək, ətin yerini tapmışam (A.Şaiq); Barışıq məsələləri ilə o məşǧuldur.
Təbiətən savaşqan və kinli olan Kəlbiyev bu görüşlər zamanı Mina xanımla əylənməkdən çox, onun əri ilə maraqlanır... (M.İbrahimov); O, zahirən çox sakit idi (M.İbrahimov).
Axı onsuz da bədbəxt olan bu adamlar niyə də savaşsınlar? (S.Vəliyev); Onu verim, tülkü lələ ilə məni barışdır (A.Şaiq).
O saz adamdır (İ.Fərzəliyev); Məni naxoş və ya xudbin hesab edir (M.İbrahimov).
Demək ki, işiniz sazdır? (M.S.Ordubadi); İyirmi il keçir o vaxtdan bəri; Yazıq taleyimin sınıq şahpəri (S.Vurǧun).
Alışdı istiyə, dözdü sazaǧa; Baǧladı meylini suya, torpaǧa (H.Hüseynzadə).
Sazaqlı bir külək əsir canımda (M.Ələkbərli); İsti gün idi (“Ulduz”).
Xan, Eloǧlunun bir sehrli tütəyi var (A.Şaiq); Əsərdə adi hadisələr təsvir olunmuşdur.
Sevgi küçəsi ilə gəzdiyin yerdir (S.Vəliyev); Tökün dənizlərə, tökün çaylara; Axı insan hara, ədavət hara?! (C.Novruz).
Sevgi evi isə bax, buradadır (S.Vəliyev); Ay oǧul, nə deyirsən, nə üçün belə qəzəbə gəlmisən (S.S.Axundov).
Sevinc inciləri axsın gözündən (S.Rüstəm); Gözlərini qırpmadan təəccüb, heyrət və dəhşətlə ata baxdı (İ.Şıxlı).
Sevinir, gülürsünüz, bəzən qəmlənirsiniz (R.Rza).
Seyrək yerlərə əlavə toxum səpirlər (Ə.Vəliyev); Mədənin qapısı da çox basırıq idi (M.S.Ordubadi).
Göy üzündə seyrək bulud var idi (Ə.Vəliyev); Andıra qalmış duman da elə qatıdır ki, gözə barmaq təpsən görünməz (H.Nadir).