İndi Rəna sürətlə işləyirdi (C.Məmmədov); Stəkanı nəlbəkiyə yavaş qoy (Mir Cəlal).
Onda işimiz birə-on sürətlənər (M.İbrahimov); Pul ala bilməyəcəyəm, işimiz ləngiyəcək (M.İbrahimov).
Əməliyyatı sürətləndirmək lazımdır (H.Nadir); Telli yavaşıdı (Ə.Vəliyev).
Hər üçü evi tərk edib sürətli addımlarla irəlilədi (S.Vəliyev); Otaqdan yavaşca çıxdı (M.İbrahimov).
Təngimiş səsimdən, süst gülüşümdən; Elə bil yanǧımı hiss edib duydu (Ə.Cəmil); Gümrah oǧlandır, işləməkdən yorulmur (“Azərbaycan”).
Baǧır çox fikirləşdi, ərköyün Nazlının, haylı-haraylı Nazlının indiki süstlüyünü, sakitliyini bircə yerə yozdu (İ.Məlikzadə); Onun gümrahlıǧını işlə, zəhmətlə baǧladı.
Cavanşirin Muǧan qalasına hamıdan əvvəl sərkərdə Poladın süvariləri yol açdılar (M.Hüseyn); Topların ara vermədən atdıǧı yaylım atəşindən sonra tanklar, sonra da piyada hərəkətə gəldi (Ə.Vəliyev).