Əlini küpəyə soxub çıxartdı (“Ulduz”).
Sənə kim dedi ki, soxul oraya? (S.Rüstəm); Ürəyim darıxdı, çıxdım ki, özümü bir az havaya verim (S.S.Axundov).
Vaxtsız yarpaq açdı, vaxtsız da soldu (C.Novruz).
Fətullahın ailəsi külək vuran zəif baǧ bitkisi kimi soluxmuşdu (Mir Cəlal); Açılın iyli güllərim, açılın; Allı-əlvanlı güllərim, açılın (A.Səhhət).
Quzum, artıq bütün fəlakətlərin ya sonudur, ya başlanǧıcı (H.Cavid).
İlk baharın son gecəsi idi (S.S.Axundov).
Ayrı oǧul idi mənim Əmrahım; İlkim, sonbeşiyim, tək çinarımdı (Ə.Cəmil).
Sonra əlləri qanlı çəkildi onlar geri (S.Rüstəm); Dərhal əlavə etdi (C.Əmirov).
Adam gəlib əvvəl qonaǧın halını bilər, sonra da ona görə çay gətirər (S.S.Axundov).
Hələ ki biz onun qaçaq düşmədən əvvəlki, sonrakı
işlərini öyrənirik (“Ulduz”).
Yoxsa bu həm birincisi, həm də sonuncusu oldu? (S.Qədirzadə).
Şərqdə sosializm bayraǧını birinci qaldıran sizin fəhlə və kəndlilər olub (M.İbrahimov); Kapitalizm hakim sinfin mənafeyini qoruyur.
Belə ki, aldıǧımız vaxtdan bir az sonra soyuducu işləmədi. İndi qızdırıcı alətlər buraxılır.
– Xala, bu ki hələ lap qaynardır (G.Hüseynoǧlu); Su hələ soyuqdur.
Dünya insan evidir: istili ya soyuqlu (R.Rza).