Şəriətdə siǧə halaldır (Ə.Haqverdiyev); Övrətə talaq vermək mənim ixtiyarımdadır (Ə.Haqverdiyev).
Onlar başlarını əyərək gedir, sıx aǧaclar arasında dikəlib irəliləyirdilər (S.Vəliyev); Kollar çox aralıdır (İ.Şıxlı).
Adamın ürəyi sıxılır (F.Kərimzadə); Səni görəndə ürəyim açılır (“Ulduz”).
Uşaq utanırdı, sıxılırdı (C.Məmmədov); Qız, sırtılıb, özünü abırdan salma (İ.Hüseynov).
Əksinə, sərbəst tərpənməsinə, adam içində sıxıntı çəkməməsinə çalışırdı (M.İbrahimov).
Dil hadisələrinə sinxron (müasirlik) və diaxron (tarixilik) planlarda baxmaq lazımdır (H.Həsənov).
Sınıq qabda su durmaz (Ata. sözü); Təzə süpürgə təmiz süpürər (Ata. sözü).
A kişi aǧacın budaǧı sınar da, düzələr də, vay sənin halına (H.Nadir).
Bu da sirli aǧacdır (A.Şaiq); Gələn vardı, aşkar bəlli idi (Mir Cəlal).
Məmiş həyasız və sırtıq uşaq olduǧu üçün dilləndi (M.Talıbov); Özünü həyalı qız kimi aparır (İ.Məlikzadə).
At da başını əyib sısqa bulaǧın gölməçəsini qurutdu (F.Kərimzadə); Bu bulaǧın suyu gurdur (A.Məmmədov).
Ucaboy, enlikürək Hansın qarşısında bu sısqa qoca necə zəif və aciz görünürdü (C.Məmmədov); Faşist geyimli, sərxoş, yekəpər bir italyan soldatını gördü (S.Vəliyev).
İşi arabir yox, sistematik yoxlamaq tələb olunur.
Amma sitallıǧına salıb aşna olubsan (Ə.Haqverdiyev); Elə onu kollektivə sevdirən onun üzüyolalıǧıdır (“Azərbaycan”).
– Sənə baş lazımdır, al! – deyə əlindəki sivri xəncərlə onun başını üzür (S.Vəliyev); Bu ki lap kütdür, heç yer də qazmaz (N.Vəzirov).