Vallah, lap əlindən cana gəlmişəm; Sırtıq, qarayaxa “kavaler”lərin (C.Novruz); Qızdan həyalı oǧlana rast gəlmisən, şərbət olmamış və olacaq! (M.İbrahimov).
Onun qarayaxalıǧı məni təngə gətirdi. Həyalılıq
hissi onu boǧurdu.
Kəlbalıalçaqboylu... gödək qılçaları xeyli içəriyə əyilmiş, qarayanıq bir adam idi (S.Rəhimov); Dünən maǧazadan dümaǧ parça aldı (“Ulduz”).
Əsdi qarayel çəltiyə, bostana nə borcum? (M.Ə.Sabir); Aǧyel əsdikcə taxıllar tel-tel olur.
Başmaqlarını sürüyə-sürüyə onun dalınca yortan Məsmə qarı indi də Xasaya qarǧıyırdı (M.Hüseyn); Kimə təriflədim, dodaǧını büzüb, məni məsxərəyə qoydu (S.Qədirzadə).
Mənim qarǧışım onu tutmasa mən heç nə bilmirəm (M.Hüseyn); Alqış deyir mənim doǧma yurdum Azərbaycan da (R.Rza).
Ayna, qarının qolundan tutaraq yanına çəkdi (Ə.Məmmədxanlı); Yanına cavan bir oǧlan göndərəcəyəm (S.Qədirzadə).
Belə sualı ancaq tənbəl və qarınqulu adam verə bilər (S.Vəliyev); Şaiq gözütox, başıaşaǧı bir kəsdir.
Ana, südlü yaymanı cılxaca süddən bişirim, yoxsa su da qarışdırım? (Ə.Haqverdiyev); Mən səndən ayrılmazdım, ayırdı yaǧı məni (Bayatı).
Bu çöhrədə saf, aydın, qayǧı qarışıq bir təbəssüm var (S.Sərxanlı).
O axşam bu qarışıq fikirlərlə avara-sərgərdan şəhərin küçələrini dolaşdım (S.Qədirzadə); İndi isə getdiyi bu aydın yollar məni əməyə-zəhmətə aparır, səadətə, xoşbəxtliyə gətirib çıxarır (S.Qədirzadə).
Səndə təmiz fransız qanı yoxdur. Deyəsən, qarışıǧın var (S.Qədirzadə).
Get-gedə şər qarışırdı, səhər açılırdı (S.Qədirzadə).
Nizami bu qarmaqarışıq səslər davam etdiyi zaman nə isə Fəxrəddinin qulaǧına pıçıldadı (M.S.Ordubadi); İndi ki belədir, adınızı bu kaǧıza aydın yazın (C.Əmirov).
Bu evə yenicə köçmüşük, hələ qarmaqarışıqlıqdan heç şey tapmaq olmaz. Nədənsə sizin dəstəniz Təbrizə girdiyi gündən bəri əmin-amanlıq yarada bilmədi (M.S.Ordubadi).