Mirzə Qulam qanacaqlı adama oxşayırdı (Mir Cəlal); Bu həyasız oǧlunu gətir qulluǧuna! (A.Şaiq).
Dünyada tapılmaz mənə bənzər qanacaqsız; Bildir qoşunum batdı, qırıldı yanacaqsız (Ə.Vahid); Tərbiyəli oǧlandır, ana, bir qrupda oxuyuruq (İ.Fərzəliyev).
Daşqəlbli qaniçən qazaqlar... zavallı işçiləri bacardıqca qılıncdan keçirirdilər (S.S.Axundov); Rəhmli, yumşaq adamdır.
Dəniz buruǧundan daha da qanıqara qayıtmış Qüdrət Laləni yuxudan oyatmadı (M.Hüseyn); Şad və mehriban yaşayırdı (M.İbrahimov).
Yox, Qəmər, bir də Camala rast gəlsəm, qanıqaralıq olacaq (S.Rəhman); Bu nikbinlik, bu cəsarət, bu inam sonsuz ilham mənbəyi olacaq.
Qanmaza yumruǧunu düyünlə, sonra söz qandır (Ata. sözü); Deyir, Jeroma çox aǧıllı, tərbiyəli, həm də nəzakətli qızdır (S.Qədirzadə).
Nə qansız adamsan, a kişi! (Mir Cəlal); Pəhləvan cüssəli bu adam çox rəhmli və xoşrəftardır (“Azərbaycan”).
Yox, əyə, bu boyda qansızlıq olar? (S.Vurǧun);
Rəhmlilik ona güc gəldi.
Verilən sual təsadüfi yox, qanunauyǧun idi (“Azərbaycan”).
O, qanuni uşaqdır. Camaat, bir məktəbin ki, müəllimi bic doǧa, o məktəbə uşaq vermək olar? (C.Cabbarlı).
Müstəntiq müqəssirlə qanuni rəftar edirdi (“Azərbaycan”); Süni nəvazişlə soruşdu (M.İbrahimov).
Küçə dükanlarından başqa hər yer qapalı idi (M.S.Ordubadi); Qara uzun saçları açıq aǧ sinəsinə tökülmüşdü (M.İbrahimov).
Təbiətdəki qapalılıǧa rəǧmən, o gənc qadın haqqında sənə heç nə söyləmədim (İ.Əfəndiyev); Mən aydınlıq, açıqlıq sevirəm (M.İbrahimov).
Lətifəgilin qapıbir qonşusu mühəndis Tapdıqov daldan gəlir, qızların söhbətini aydın eşidirdi (M.Hüseyn); Uca daǧlar arasında yerləşən Lanq kəndinin işıqları qaranlıq gecədə zəif şölə saçan uzaq ulduzlar kimi görünürdü (S.Qədirzadə).
Bir tərəf qapqara, o biri tərəf isə işıqlı idi (Çəmənzəminli).