Qüdrətli yurdumuza; hər sənətkar gərəkdir (M.Rahim); Düşmən o qədər də zəif deyildi (S.Qədirzadə).
Rəşidin qüdrətliliyinə hamı bələd idi. İşləyəndə öz gücsüzlüyünü hiss etdi.
Cavab ver, odlar gəlini! Axır bütün ümid sənin qüdsiyyətindədir (C.Cabbarlı); Vəlini düşündürən bütün eybəcərliyi ilə hiss etdiyi həyat məsələləri idi (M.Hüseyn).
Gah elə qürrəli, gah elə xoflu; Hamımız bir səsli, bir adam kimi; Hamı cilovludur, hamı buxovlu; Hamı da sozalan yaǧsız şam kimi (M.Araz).
Çox qürrəli uşaqdır, həyətdəki uşaqların heç biri ilə yaxınlıq etmir. Tofiqdən çox xoşum gəlir, çox təvazökar adamdır.
Onlar hadisə yerinə çatanda gün qüruba əyilmişdi (T.Kazımov); Gün məşriqdən doǧur.
Bu daǧlar qucaǧında bəslədiyim adamlar kimi qürurlu idi (S.Vəliyev); Xoşuna gələn odur ki, çox təvazökardır (M.İbrahimov).
Nəşənin qədrini bilməzdi insan; Qüssə olmasaydı, qəm olmasaydı (M.Rahim).
Sanki Mənsurənin məyusluǧuna qüssələnməkdənsə, şadlanırdı (S.Qədirzadə).
O, səhər tezdən Silanı yola salıb ayrıldıǧı üçün qüssələnir (S.Vəliyev); Çöldə traktorun səsi canlanır; Obalar şənlənir, həyəcanlanır (S.Vurǧun).
İnsanların əksəriyyəti ya çox qüssəli, ya da çox şad dəqiqələrində aǧlayırlar (M.İbrahimov).
Payızın son ayı qüssəliliyi andırır. Uşaǧın dünyaya gəlməsi evə bir şənlik gətirmişdi (Çəmənzəminli).
Mən də onlardanam, baxışım qüsurlu, gözüm zəifdir (M.Talıbov); Bütün fəsillərdə qanı qaynayan; mehriban balalar safdır, təmizdir (C.Novruz).
Əməliyyatı qüsursuz yerinə yetirdiyini düşünüb dedi (C.Əmirov); Bu yaşa gəlmişəm, məndən bir pis söz, bəd hərəkət, naqis əməl görməmisiniz (Ə.Vəliyev).
Gecədən əsməyə başlayan yay küləyi yavaş-yavaş qüvvətlənir (M.Hüseyn); Bu səs nə qədər zəifləmişdi (M.İbrahimov).