İndi mən sənə nökərəm, mən sənə qulam, gəl, gəl barışaq (C.Məmmədquluzadə); Doǧru deyir, aǧa, onlar heç vaxt özlərini bu aǧzıbirə salmazlar (N.Vəzirov).
İndi ona yaxın düşməkmi olar? Özü güclü-zorlu, başında qolu-zorba quldurlar (M.Rzaquluzadə); Nə üçün onların içərisində rəhmli şəxslər azdır?
(M.Talıbov).
Balam, mən saqqalımın bu aǧ vaxtında necə sizə izin verim ki, gedib quldurluq edəsiniz (C.Məmmədquluzadə); Bu qədər də rəhmlilik kimə lazımdır?
Adını Leyla qoyub, qızı qundaqladılar (S.Rüstəm); Uşaǧın qundaǧını açdılar.
Göy xəsis, yer ondan betər; Quraq yerdə toxum yanar (A.Şaiq); Yaǧar aylarda yerə şitil basdırmaq çətin olur.
Quraqlıq bir dərəcədə idi ki, baharın orta ayında otlar saralıb, quruyurdu (A.Şaiq); Bu hadisə yaǧarlıqla əlaqədardır (Ə.Vəliyev).
Sökdüyü təkəri quraşdırıb yerinə keçirdikdən sonra üst-başını çırpıb ayaǧa durdu (İ.Şıxlı); İsgəndər Rumi ... Əcəm ölkəsindəki bütün atəşgədələri daǧıtmışdı (Ə.Məmmədxanlı).
Salman dayı, bu cür, qurdlu qaysılar da sizindir? (A.Şaiq); Bu alma safdır.
Onun gözü ac, ürəyi qurdlu idi (M.Rzaquluzadə); Əfsus ki, təmiz qəlbli, yaxşı niyyətli adamların hamısı möhkəm iradəyə malik olmur (S.Qədirzadə).
Zülmünü aşkar qıldın nümayan; Qurǧular pozulub, sanlar itibdir (Aşıq Ələsgər); Kino tamaşalarına bilet almaq müsibət idi (S.Qədirzadə).
Qururuq biz çayların üstündə asma körpü (S.Rüstəm); Hər şey yanıb daǧılmış, yerlə yeksan olmuşdur (S.Qədirzadə).
Atam Kərim baba ilə alaçıq qurmaǧa gəldi (A.Şaiq); Köçəndə alaçıǧı sökdülər (M.Süleymanlı).
Belədir insan; Bir yandan uçurur, bir yandan qurur (S.Vurǧun).
Neçə dəfə mənə ailə qurmaǧı təklif edib (C.Əmirov); İşi-peşəsi onun-bunun evini yıxmaqdır (C.Əmirov).
Meşənin qurtaracaǧına iki verst qalmış bir atlı, yaraqlı adam Cəfərin qabaǧını kəsdi (S.S.Axundov); Ancaq başlanǧıc üçün bu heç də pis deyildi (Ə.Əbülhəsən).