Bir həftə əvvəldən aşaǧı bazarda, istərsə də yuxarı bazarda bir qızǧınlıq müşahidə edilirdi (H.Sarabski); Hələ ki, sakitlikdir (S.Qədirzadə).
Xan büsbütün qızışıb qəzəblə baǧırdı (M.Rzaquluzadə); Tərlandan məktub aldıǧı üçün sakitləşdi.
Yarım saatdan sonra mehmanxanada oyun qızışdı (C.Əmirov); Monbazonun hirsi soyudu (S.Qədirzadə).
Əşrəf anasının bu böyük xəbəri etinasız qarşılamasına qızdı (Mir Cəlal); Mən yenə sakitləşdim (S.Qədirzadə).
Tez qızar, gec soyuyardı (R.Rza).
Ümid və sevincin istisindən canı qızdı (M.İbrahimov); – Bəs onda mən niyə üşümürəm? – deyə qız başını qaldırmadan soruşdu (S.Qədirzadə).
Şaxta qızmar bir dəmir kimi onu daǧlayırdı (Ə.Məmmədxanlı); Bura həm kölgə idi, həm də sərin idi (M.İbrahimov).
“Satım, satmayım...” deyən miyanə satqınları; Qiyabi satqınları, əyani satqınları (X.Rza).
Dostlar oturmuşdular. Gecəni qiyamət keçirirdilər (Mir Cəlal); Yaxşısı budur ki, nə pis iş tut, nə də pis söz eşit (M.İbrahimov).
Lakin paltarları səhnəyə aparılmış arvadların qiyamətindən xəbərim yox imiş (H.Sarabski); Göy meşələr, sakit kəndlər, səs-küylü limanlar tamaşalı yerlərdir (S.Qədirzadə).
Hər günüm hicrində, ey məh, bir qiyamət tək keçər (S.Ə.Şirvani); Səhər şən və gümrah oyanmışdım (S.Qədirzadə).
Qocanın biliyi, cavanın biləyi (Ata. sözü).
Uzaqlar, yaxınlar döydü qapını; Qocalı, cavanlı düşdükcə bəndə (H.Hüseynzadə).
Geniş və qocaman meşənin ən yaxşı vaxtı idi (Mir Cəlal); Bu balaca qızın barəsində nə qədər yazsanız ləyaqəti var (S.Qədirzadə).
Qocaman sənət xadimini dinləməyi arzu edən çox idi (Mir Cəlal); Qarı gəncə yer göstərdi (S.Qədirzadə).