İstirahətindən sonra xeyri qıvraqlaşıbdır. Anam xəstələnmişdi (S.Qədirzadə).
Yumaq kimi yumrulanan qızıl ilan qıvrılıb açıldı...
(İ.Şıxlı).
Elə bil bütün bunlar da tatarın qıyıq gözlərindən gizli qalmırdı (Ə.Əbülhəsən); Əlini Mayanın açıq çiyninə vurdu... (M.İbrahimov).
Qıyılı gözlərində gizli bir kin qaynayır (İ.Tapdıq); ...Onun alnı açıq, üzü də aǧdır (S.Vurǧun).
Səkinə Vəlinin üzünə düz baxdı. Pərşan ona qıyqacı bir nəzər saldı (M.İbrahimov).
Hesabdar gözlərini qıyıb, üfüqdə iki boy qalxmış günəşə baxdı (M.İbrahimov); Aç gözün, gözlərinin qurbanı; Bir tamaşa elə, gör dünyanı (A.Səhhət).
Ay zalım oǧlu, adam da İskəndər kimi oǧlana qıyıb güllə atarmı? (Ə.Haqverdiyev); İsmət! Allah əsirgəsin, nədir bu halət? (H.Cavid).
Günəş üfüqdə yandı; Qızardı yavaş-yavaş (M.Müşfiq); Hamıdan gec yatıb qalxdınız erkən; Aǧardı dan yeri gözlərinizdə (B.Vahabzadə).
Kişinin sifəti bozardı (Ə.Vəliyev); Zoyanın yanaqları qızardı (S.Vəliyev).
Ruqiyyə mətləbi anladı, ətrafa baxdı, bir kəs yox idi. Dan şəfəqi kimi qızardı (A.Divanbəyoǧlu); Səndə təqsir odur ki, uşaq vaxtında faǧırı haqq yerə, nahaq yerə o qədər döydün ki, axırda sırtıldı... (Ə.Haqverdiyev).
Bir həftədir ki, uşaǧım qızdırma içində yanır (C.Cabbarlı); Bədəninə üşütmə düşdü (S.Qədirzadə).
Yasəmən çayın qıraǧında su qızdırıb paltar yuyurdu (S.S.Axundov); Çayı soyutmayın, için (S.Vəliyev).
Azərbaycan ədəbi dili qılınc döyüşünü andıran qızǧın münaqişələr, kəskin deyişmələr dilidir (M.İbrahimov); Ölkənin sakit, işıqlı həyatı da düşmən gülləsindən bircə anda beləcə pozulmuşdu (S.Qədirzadə).
Yəni dəmiri qızǧın ikən yastıla (S.S.Axundov); Dəryanın baxışları soyuq, səsi yad idi (S.Qədirzadə).
Becərmənin qızǧın dövrü idi (M.İbrahimov); Elə bil zəif ürəyi həmişəlik olaraq saǧaldı (Ə.Vəliyev).