Həmin bu qaynarlıq Şehlidə dərzlərin çoxluǧundan deyil, payızın nəmişliyindən, qışın tez gələcəyi qorxusundan idi (S.Rəhimov); Onun sönüklüyü xəstəliyi ilə baǧlıdır.
Ziyanın yarısından qayıtmaq da qazancdır (Ata. sözü).
Bundan sonra hərgiz dəxi belə qazanclı səfərdən geri qalmayacaǧam (M.F.Axundzadə); Mən paytaxtı zərərli ünsürlərdən təmizlədiyim zaman Qətibəni də oǧlunun yanına, Rey şəhərinə göndərmişdim (M.S.Ordubadi).
İş xoşuma gəlir, amma qazancsızdır. Bu vasitə ilə onu özü üçün zərərsiz bir hala sala bilərdi (S.Hüseyn).
Kərbəlayı Məmmədəli iki il yarımdır ki, qürbətə çıxıb, az-çox çörək pulu qazansın (C.Məmmədquluzadə); Harda xərcləyirsən, kiminlə xərcləyirsən, niyə xərcləyirsən, başına harada daş salırsan, bilmirik (M.İbrahimov).
Onları vazaya doldurub stolun üstünə qoyar, hər gün sularını dəyişər... (M.İbrahimov); Bu saat dənizdə ən dərin buruq harada qazılır? (M.Hüseyn).
Gülüşün gülər üzündəki sevinc qeybə çəkildi (Ə.Vəliyev); Bizlərdə millət qurǧuları şəxsi qurǧular şəklində zühura gəlir (C.Məmmədquluzadə).
Aǧa Əli tərəqqipərvər iranlıların ən qeyrətli, ən məsləkli cavanlarından idi (Çəmənzəminli); Haramzada!.. Sən nə rəzil adamsanmış? (S.Qədirzadə).
Qeyrətsizə haram olsun bu torpaǧın çörəyi (S.Rüstəm); Şərəfli bir ömrün sonuna bir bax! (S.Vurǧun).
Kasıb-kusubun da özünə görə namusu var və namusum da məni qeyzlənməyə vadar edir (Ə.Haqverdiyev); Mən yenə sakitləşmədim (S.Qədirzadə).
Kassiri qeyzli çaǧırıb buyurdu ki, “komandir”ə on manat versin (Ə.Haqverdiyev); Gözünü ondan çəkmədən telefondakına qulaq asıb sakitcə razılaşdı (M.İbrahimov).
Mən qeyzimdən əsirdim (S.Qədirzadə); Bəli, mən ondan mərhəmət ummaqda səhv eləməmişəm (S.Qədirzadə).
– Əşi, bu həkimlər nə qəddar adamdırlar, xəstəliyimə inanmırlar, vay-vay! (T.Kazımov); Yarımca saat sonra Aslan rəhmli qadının göstərdiyi dar cıǧırla sürətlə addımlayırdı (S.Vəliyev).
Divarda bədənnüma bir cüt qədim güzgü vardı (S.Hüseyn); Bunu müasir gəncə qadaǧan etmək olmaz.
Tanışlıǧımız təzə; Dostluǧumuz qədimdir (İ.Tapdıq).