Feillərin mənaca müxtəlifliyi subyektin feillərə qarşı, subyektin obyektə qarşı və bir feillə obyekt arasındakı münasibətdən irəli gəlir (M.Hüseynzadə).
Dildə omonimlərin mövcudluǧu dilçilik ədəbiyyatında obyektiv və subyektiv amillərlə izah olunur (H.Həsənov).
Hadisələri izah edərkən subyektivliyə yol vermək olmaz, onlara obyektivlik əsasında yanaşılmalıdır.
Odlu gənc əllaməlik və səbirsizliklə dedi (M.İbrahimov); Yeddi qonşuya da onun sönük, lakin təsirli səsi gedərdi (Mir Cəlal).
Aləmə oǧruyam, sənə ki doǧruyam (Ata. sözü).
Niyə verdin fənayə doǧruluǧu; İrtikab eylədin bu
oǧruluǧu? (M.Ə.Sabir).
Sən oxumuş bir oǧlan, avam hacılara belə yaraşmayan sözlər danışırsınız (C.Cabbarlı).
Əsərin dili aydın və oxunaqlıdır. Əsərdə çətin tələffüz olunan sözlər vardır (“Ulduz”).
Oldu ilə öldüyə çarə yoxdur (Ata. sözü).
Hamletin səsi gəldi qulaǧına: “Olum, ya ölüm!” (R.Rza).
Əgər onda mane olurdular, indi olmazlar (Mir Cəlal).
Orada həyat başqa, burada isə bambaşqadır (M.S.Ordubadi).
Sabah orta məktəbi bitirib ali məktəbə girəcəyəm (S.S.Axundov).
Keçmişdə nə varlı, nə də yoxsul, nə aşaǧı, nə də ortabab olduǧunu bilməyən, həmişə adamlara artıq və şübhəli gözə baxıb duran Vəli kişi soruşdu (M.İbrahimov).
Cahan xanım ortaboylu idi (M.İbrahimov); Mən Cavadam, ucaboylu; İndi isə kül adamam (C.Novruz).