Su murdarlıq götürməz (Ata. sözü); Təmizlik, sədaqət, əxlaq başqa şeydir, bunlara dəxli yoxdur (M.İbrahimov).
Həmin kənddə müasir gənclərin tələblərini ödəyən hər cür şərait yaradılmışdır. Bilirəm, köhnədir eşqin dastanı; Ondan taleyini qurtaran hanı? (R.Rza).
Bir sıra məsələlərə münasibət müasirləşmişdi. İlin axırında yoldaş aqronom görər ki, köhnələr nə edir, yenilər nə cür köhnəlir (Ə.Vəliyev).
B.Vahabzadənin başqa kamil cəhətlərindən biri də odur ki, şair öz əsərlərində tarixi müasirlik qədər yaşada bilir (Ç.Aytmatov); Nə qədər ki, Dədə palıd burdadı, Baǧır dünyanın qədimliyinə də, ədəbiliyinə də inanır (İ.Məlikzadə).
O, Zaranı xatırladıqda, özünü daha qüvvətli, daha mübariz bir adam kimi hiss edərdi (S.Vəliyev); Çalış bacarıqsız, əfəl adamlar olsun (İ.Fərzəliyev).
Mücərrəd mühakimələr və ümumi fərziyyələr onlar üçün əhəmiyyətsizdir (M.Talıbov); Deyəsən, konkret cavabdan uzaq düşdüm.
...Ayrı-ayrı surət və xarakterləri səciyyələndirərkən mücərrədliyə və sxematizmə yol verməmiş, hər surəti öz fərdi xüsusiyyəti ilə canlandırmışdır (F.Qasımzadə); Əsərdə konkretlik yoxdur (F.Qasımzadə).
Təbiəti etibarilə xoşxasiyyət, bir qədər müdrik və baməzə adamdır (M.İbrahimov); Amma lotular mənim bu səfeh aǧamı yaxşı tovlayıb tapıblar (S.S.Axundov).
Bizim əsr müdrikləşib, yaşa dolub (C.Novruz); Səfehləşmə, aǧlını başına yıǧ (“Ulduz”).
Mənim ürəyimi daǧ boyda eləyən aǧsaqqalın müdrikliyidir (F.Kərimzadə); O da öz səfehliyinin yox, sadəliyinin güdazına gedir (F.Kərimzadə).
Deyirəm, nə varsa, müfəssəl danış! (S.Vurǧun); Sual qısa və aydın olduǧu üçün cavab da eyni dərəcədə qısa və aydın olmalı idi (M.Hüseyn).
Qalanları, yəni milyonlarla adam, əslində, yoxsul və müflisdir (M.Talıbov); Varlı kisəsini döyür, kasıb dizini (Ata. sözü).
İndi Heydər bəy elə müflisləşmişdir ki, toy etməyə pulu yoxdur (F.Qasımzadə); Onun yeganə məqsədi pul yıǧmaq, varlanmaqdır (F.Qasımzadə).
Müftə sirkə baldan şirindir (Ata. sözü); Pulludur, havayı deyildir.
Özgənin zəhməti ilə çörək yeyənlərə müftəxor deyirlər (Ə.Haqverdiyev); Biz deyirik: “Hamı millətlərin zəhmətkeşləri qardaşdırlar” (H.Nəzərli).