Ay kişi, lap möcüzədir ki! (M.İbrahimov); Hər tərəfə işıq saçanda artıq motor adi yeknəsəq səsi ilə fırlanırdı (M.Hüseyn).
Möcüzəli, yaz havalı, davamlı bir səs dalǧası haradansa harasa axıb gedirdi (S.Sərxanlı); Yarış isə adi iş gününün qanadıdır (S.Sərxanlı).
Mənim başım da, möhkəm qollarım da var (Ə.Haqverdiyev); Lakin ruzigar lalənin ləçəyini tökərsə: suçlu zəif laləni, qüvvətli ruzigarımdır (R.Rza).
Sülh ordusu getdikcə möhkəmlənir (İ.Şıxlı); Əvvəldən yaxşı demişdi, sonra birdən boşaldı (M.F.Axundzadə).
Bəli əsəblərim möhkəmləşir, möhtərəm təbiblərim (S.S.Axundov); Əsəb sistemi xeyli zəifləmişdir (M.İbrahimov).
Körpə aǧacların dibini boşaltmaq yox, möhkəmlətmək lazımdır ki, külək onları kökündən çıxartmasın.
Bu çarpışma onun iradəsini möhkəmlətdi (Mir Cəlal); Bu fikir qıza rahatlıq vermir, onun bütün iradəsini sarsıdırdı (C.Əmirov).
Öz mövqeyini möhkəmlətdi (M.Hüseyn); Bu bir ayda fikir məni xeyli zəiflətdi, rəngim aǧardı (M.İbrahimov).
Zivər gənclikdən möhkəmlik, diqqət və gözəl mənəvi keyfiyyət görməyincə təslim olmur (S.Qədirzadə); İş boşluq sevmir.
Səndələdisə də, özünü topladı, möhkəmliyini itirmədi (Mir Cəlal); O ilk həmlədə zəifliyini hiss etdi (Mir Cəlal).
Ateizm tərəfdarı olan şəxsə ateist deyilir. Çölləri seyr edirdi: olmuşdu mömin bəndə (A.Şaiq).
Mövcudiyyəti heç kəs inkar edə bilməz. Qaynım həmişəki kimi indi də Midhədin yoxluǧunu mənə hiss etdirməyə çalışırdı (M.Hüseyn).
Bu olar! Bu olmaz! Bu ateizm, bu mövhumatdır (R.Rza).
Murdar əskiyə od düşməz (Ata. sözü); Kərim dayı Rəfiqə xanım kimi səliqəli, təmiz və nəcib bir xanıma ikiqat bükülüb əzilmiş jurnal vermək istəmirdi (M.İbrahimov).
Kafir oǧlu bunu mənə qabaqca de, mən də əlimi murdarlamayım (Ə.Haqverdiyev); Yoxlamış və silib təmizləmişdi (S.Qədirzadə).