– Özünü məzəliliyə qoydun, bəsdir! (M.İbrahimov); Onun qaraqabaqlıǧı bizi narahat edir (Ə.Vəliyev).
Ceyran qara, parlaq gözlərindəki aǧır məzəmmətli ox kimi ovçunun qəlbinə sancdı (C.Məmmədov); Alim və bilikli adamların tərifini qazandı (M.İbrahimov).
...Xanpərini danlayır, məzəmmətləyir, axırda da ona məsləhət görürdülər ki, adamlardan aralanmasın, öyrətsin (Ə.Vəliyev); O hey dostunu tərifləyir (“Ulduz”).
Adam onun məzəmmətli sözlərini eşitməmək üçün baş götürüb getmək istəyir (Ə.Vəliyev); Sənin tərifli briqadirin Bayramı Əziz mənim göstərişimlə işdən götürmüşdür (Ə.Vəliyev).
O, mazhəkəli əsərlərin müəllifi kimi tanınır (F.Qasımzadə); Bura faciəli teatr tamaşasını xatırladır (S.Vəliyev).
Məzlumlar da, zalımlar da Rusiya təbəəsi olmaq və konsulxana himayəsinə girməyə öyrənmişdi (M.S.Ordubadi).
Üzünə zillənmiş gözlərdə qəzəb, nifrət qarışıq bir məzlumluq vardı (İ.Şıxlı); Zalımlıǧı ilə şöhrət tapmışdı (S.Qədirzadə).
Şeirlərində məzmuna müvafiq forma tapırdı: təşbeh, istiarə və s. bədii məcazları həmişə məzmuna uyǧun şəkildə seçirdi (F.Qasımzadə).
Öz dövrünün ictimai eyiblərini dolǧun, məzmunlu satiraları ilə tənqid atəşinə tutmuşdu (F.Qasımzadə); Hər şey cansıxıcıdır (M.İbrahimov).
Söhbətlər çox qırıq və məzmunsuz idi (M.S.Ordubadi); Komediyanın sonu mənalı bir finalla qurtarır (F.Qasımzadə).
Oho var, daǧa mindirər, oho var, daǧdan endirər (Ata. sözü).
O cür zavallı, miskin adamlara mənim həmişə yazıǧım gəlib (M.İbrahimov); Ah, sən nə xoşbəxt uşaqsan (S.S.Axundov).
Mənim nanəcibliyindən yoxsulluǧa, miskinliyə giriftar olmuş bu bir neçə adama rast gəldiyim üçün şükür etdim (M.Talıbov); Sizə xoşbəxtlik üz verib, mehriban yaşayın (Mir Cəlal).
Atama yenə nə olub mısmırıǧı yerlə sürünür? (S.Qədirzadə); Bu xoşsifət adam niyə Pavlosuz, parolsuz gəlib (S.Vəliyev).
Əsərin ekspozisiyasında verilən Heydər bəyin bu monoloqu çox maraqlıdır (F.Qasımzadə); Sabirin “İki həpənd” şeri dialoqun ən yaxşı nümunəsidir.