Danış, danış eşidək gördüyün o mərəkəni (S.Rüstəm); Çadıra bir müddət tam sakitlik çökdü (S.Qədirzadə).
Kəramət və mərhəmət isə böyüklük və geniş qəlbimdən doǧur (M.Talıbov); Gör ürəklərində nə boyda kin və qəzəb gizlənir (M.İbrahimov).
Sanki o mərhəmətli kişi həvəslə çalışan toxucuya baxır, mənalı sükutu ilə ona sözlər deyirdi (Mir Cəlal); O, qansız və insafsız adamın sərt üzünə baxıb özünə cürət verirdi (Mir Cəlal).
Mərhəmətli, möhtərəm anayadır bu kaǧız! (S.Rüstəm); İndi qəzəbli və səbirsiz onu gözləyirdi (S.S.Axundov).
Gülsabah bunu ata gözü yox, mərhəmətsiz və soyuq, həyətdəki işıǧın bir parçası olduǧu qənaətinə gəldi (Ə.Vəliyev); Mən də ürəyi rəhmli adamam (S.Qədirzadə).
Ona yardım göstərməmək mərhəmətsizlikdir. Əlinin insaflılıǧı nəticəsində o darda qalmadı (“Azərbaycan”).
Mərifətli yoldaşlara canımı da qurban verərəm (İ.Fərzəliyev); Ədəbsizlər, qanacaqsızlar, yazıqla nə işiniz var? (Ə.Abbasov).
Qanacaqlı ailədir (İ.Fərzəliyev); Belə mərifətsizləri sözlə tərbiyə etmək heyvana ali təhsil verməkdən çətindir (S.Qədirzadə).
Məni o yerin mərkəzi və şənbə bazarı olan Qəssan qəsəbəsinə sürdülər (M.Talıbov); Azərbaycanın ən ucqar rayonlarından biri də Xocavənddir.
Ceyran cəsur, mətin, qəhrəman bir qadın idi (S.Hüseyn); Sözün açıǧı, yoldaşlar, rəhbərlik zəifdir (M.İbrahimov).
Mətinlilik, dözümlülük inqilabçı üçün səciyyəvi xüsusiyyətlərdir. Özünün zəifliyini hiss etdi (Mir Cəlal).
Bir gün olacaqsan, inan ki, məyus (S.Rüstəm); Məsud və xoş baxışları ilə oǧlunun hərəkətlərini izləyirdi (Mir Cəlal).
Bayatının sözləri onu daha da məyuslaşdırdı (İ.Şıxlı); Sevinən ürəklər şadlandı, gülən gözlər şənləndi (S.Qədirzadə).
Bu qadının çöhrəsində bir məyusluq göründü (S.S.Axundov); Getdikcə sərbəstlik, şadlıq, hay-küy artırdı (M.İbrahimov).
Siz nə məzəli oǧlansınız (S.Vəliyev); Bilirsənmi, Zaxar qardaş, Həsən yaman qaraqabaq oǧlandır (İ.Şıxlı).