Sonra aǧzı göyçəklər deyəcəklər ki, Əlyarov kürdür, heç kəslə yola gedən deyil (M.Hüseyn); O çox rahat uşaqdır, heç kəsə toxunmur.
Uşaq hey ağlayır, kürləşir, sakitləşmir. Əvvəl aşıb-coşdu, sonra rahatlaşdı (A.Məmmədrza)
Uşaǧın heç rahatlıǧı yoxdur, kürlük eləyir (“Ulduz”).
Arıq, zərif, gözləri küskün qadının da təəccübdən gözləri açıla qaldı (M.Eynullayeva); Onlar bu görüşdən çox razıdırlar (Mir Cəlal).
Əkbəri bir uşaq küskünlüyü bürüdü (Mir Cəlal); Ailələr arasında barışıqlıq oldu (“Azərbaycan”).
Küsmək barışmaǧa yoldur (Ata. sözü).
Küsülü qardaş, gəl yükü çataq, yenə küsümüz küsü (Ata. sözü); Barışıqlı məsələsinin üstündən keçdilər (“Azərbaycan”).
Elə çıxırdı ki, Ramiz çox küt uşaqdır (M.İbrahimov); Əslində isə, çox bacarıqlı və istiqanlı oǧlandır (C.Əmirov).
Nə küt şeysiniz, ay məndən olub, mənə oxşamazlar (M.İbrahimov); Reyhanın əri İdris çox zirəkdir, cəlddir (M.İbrahimov).
Müstəbiddir, cəlladdır, qaniçəndir, kütbaşdır (M.İbrahimov); Çox düşüncəli idi Lacivərd (S.Qədirzadə).
Sona kütbeyin yox, zehinli bir qız idi.
Ayın arxasınca fikirləşərək; Nəhayət, yorulur, kütlənir başı (S.Vurğun); Böyüdükcə onda dərsə həvəs artır, başı kəsərləşir.
Tamaşalara fərdi və ya kütləvi şəkildə getmək olar.
Məclisimiz küylü keçdi. Gülarə çarpayının üstünə sərilib səssiz aǧlamaǧa başladı (C.Məmmədov).
Bizim həyət o biri həyətlərdən küylülüyü ilə fərqlənir. Səssizlik içində, yol ayrıcında; Atın qulaqları şəkləndi birdən (H.Hüseynzadə).