Sənin gətirdiyin dəlillər köklü deyil, əsassızdır.
Dayıdostum anamın köklüyünə işarə ilə söhbətə qarışdı (S.Qədirzadə); At arıqlıqda, igid qəriblikdə (Ata. sözü).
Köksündə kölə qəlbi döyünür (C.Cabbarlı); Aǧlama, qardaşımsan, yaşa, yarat! Yaxındır gözlənilən azad bir həyat (S.Vurǧun).
Gör nə kökə saldı sənin həyatını köləlik (S.Rüstəm); Azadlıq gözəl yaşamaq üçündür (C.Cabbarlı).
O, hərbi çaǧırışı gözləmədən cəbhəyə könüllü gəlmişdi (Ə.Vəliyev); Heç kəsi dərnəyə zorla yazmırlar (Mir Cəlal).
Qaşıǧı əlinə alıb boşqabdakı dovǧanı könülsüz, həvəssiz içməyə başladı (İ.Məlikzadə); Bizim suallara ürəkli cavab verirdi (“Azərbaycan”).
Yüzlərcə körpə və rəngsiz əllər ətrafa səpələnmişdi (Çəmənzəminli); Uca olduǧundan ananın özü; Ucadır, böyükdür, hədiyyəsi də (B.Vahabzadə).
Körpəlik gülüşüm qanadlarında; bir gün geriyə dönə, qaranquş! (M.Araz); Sən haqdan dönmədin həyat naminə; bundadır böyüklük, bundadır hünər! (B.Vahabzadə).
Könlümdə həsrətin kövrək sazı var (“Ulduz”); Bizim canımız bərkdir (Ə.Haqverdiyev).
Mən bir qranitəm ki, hər parçamda duyulur; bərkliyim; döyüşlərdə bərkliyim; ülfətdə kövrəkliyim (R.Rza).
Səfər tez-tez kövrəlirdi (İ.Tapdıq); Biz mübarizədə böyüyüb bərkimişik (Ə.Vəliyev).
Qəhərlənir, çox kövrəlirəm (M.Rahim); Çoban Kərəm yenidən sərtləşdi (M.İbrahimov).
Bu adamlar kükrək bir dəniz, daşqın bir çay misalında idilər (Ə.Vəliyev); Həsən adəti üzrə sakit idi (M.İbrahimov).
Gizlənmiş, boğulmuş qəzəb yeni qüvvə ilə kükrəməkdə idi (M.İbrahimov); Uşaq bir xeyli ağladıqdan sonra sakitləşdi ("Azərbaycan").
Gündə milyon dəfə dəyişir halın; Bakının küləkli günlərin kimi (O.Sarıvəlli); Hava sakit və aydın idi (M.İbrahimov).