Sual kəskin və amansız idi (C.Məmmədov); Onun cavabları çox zəif idi (“Azərbaycan”).
Nigarançılığın göyərtisi getdikcə kəskinləşirdi (S.Sərxanlı); Qızdırma ürəyi çox zəiflədir (M.İbrahimov).
İnsanların gözlərində, baxışlarında, hərəkətlərində dərhal diqqəti cəlb edən bir kəskinlik vardı (M.Hüseyn); Lakin tərcümə işlərinin zəifliyindən çox narazıdır (M.Hüseyn).
Buradan kəsmə enmək mümkün idi (S.Vəliyev); Adamlar həmin boşluq ətrafındakı yolla dolama gedəcəkdir (S.Vəliyev).
Nə böyüyün yerini bilirsiniz, nə kiçiyin (C.Cabbarlı).
İdealları yekə; Ürəkləri kiçik (R.Rza).
24 ölkə gəzdim; böyüklü, kiçikli (R.Rza).
Əlbəttə, əlbəttə, biz həmişə kiçikliyinizdə varıq (C.Cabbarlı); Başın böyüklüyü yiyəsinə donuz güldürər (Ata. sözü).
Niyə kiçildim; Nə oldu birdən (İ.Tapdıq); Bunu, əziz ata, ona görə yazıram ki, bilsən, mən daha böyümüşəm (S.Vəliyev).
Həmişə gözəl qızlar kifir kişilər haqqında bu cür düşünürlər (C.Əmirov).
Arıqladıqca kifirləşir. Siz isə gündən-günə cavanlaşır, daha da gözəlləşirsiniz (C.Əmirov)
– Yox canım! Qumru hara, belə kifirlik, neybətlik hara! (Mir Cəlal); Qırmızı paltar və üzünə tökülən qara zülflər qızın nazik bədəninə daha da gözəllik verirdi (Çəmənzəminli).
Onda onun kifli, üfunətli düşüncələrində bitdən sirkəyədək nə desən tapılardı (Mir Cəlal); Mavi, saf sular sakit-sakit axırdı (S.Qədirzadə).
Dili kilidləndi (Ə.Vəliyev); Əhmədin boǧazı açıldı, dili söz tutdu (Ə.Vəliyev).
Qapı kilidli idi. Onun başı açıq idi (Ə.Vəliyev).