Hələ bir yol üzümə kəc baxmayıb (S.Qədirzadə); Adam gərək dost- tanışa düz baxa (“Ulduz”).
Ay arvad, mən ha düzəldirəm, sən məni tərsinə burur, kəcinə çəkirsən (Mir Cəlal); Sən düzünə danışsan, ona xeyir olar.
Kəclikdən nə çıxar, üzüyolalıq səni ucaldar (“Azərbaycan”).
Həm sevinc, həm kədər tutdu məclisi; İlk dəfə şair tək xəyala vardım (H.Hüseynzadə).
Bilmədi ki, bu hala sevinsin, yoxsa kədərlənsin (İ.Şıxlı).
Bəli, o çox kədərli idi (C.Əmirov); Mənə ümman desələr; Azad süzən gəmim ol; Səadətli, sevincli, fərəhli aləmim ol (M.Rahim).
Yadımdadır, oǧlum, o gün həm şən, həm də kədərli idi (A.Şaiq).
Kəhər olmasın lap yabı olsun, mollaya bir at vacib idi (Mir Cəlal).
Kələkbaz, daha nə düşünürsən (A.Şaiq); Hanı sadəlövh çaǧım; Onlara inanırdım (C.Novruz).
Onun yanına kənar və yaxın adamlar toplaşmışdılar (“Azərbaycan”).
Salman yastıqlanaraq kənarda oturmuşdu (M.İbrahimov); Bu arada, yaxında dörd-beş əl şiddətli tapança atılır (H.Cavid).
Kəsə yolla getsək, onlara çatarıq. Cıǧır dolanbac yol kimi əyri idi, on addım qabaǧı görmək olmurdu (M.İbrahimov).
O indi aciz və küt bir mətbəx bıçaǧı deyil, sınaqlardan çıxmış kəsərli bir qılınc kimi idi (Mir Cəlal).
Baxışlar xəncər kimi kəsicidir (M.İbrahimov); Bu elə kütdür ki, heç yerə də qoymaz (S.S.Axundov).
Gəl, gəl ki, yoxaldaq hər cəbhədə kəsiri (S.Rüstəm); Bıy, ay kişi, məndə artıq heyvan nə gəzir (M.İbrahimov).