[Qoşqar:] Bilirsiniz ki, mən intizamsız adam deyiləm... (İ.Hüseynov); Deyəsən o çox tərbiyəli yoldaşdır.
Sən çox iradəli adamsan (M.S.Ordubadi); Mənə aǧıl öyrətmə, qorxaq! (M.Hüseyn).
İradəlilikdə heç kəs Səlimə çatmaz (“Ulduz”); Bu qorxaqlıqdır, yoxsa cinayət? – deyə o, komandirin gözlərinin içinə baxa-baxa soruşdu (M.Hüseyn).
Zeynal iradəsiz bir gəncdir (S.Hüseyn); Fariz evimizə gələn gündən mənə cürətli, qorxmaz bir oǧlan kimi təsir baǧışlamışdır (Y.Əzimzadə).
İradəsizlik etsə, özünü məhv edə bilər (Z.Xəlil); Pəri xala bir az da cəsarətlilik göstərib müəllimlərin xahişini xatırladı (M.İbrahimov).
O məndən bir-iki saat irəli gəldi (N.Vəzirov); Sonralar xatirələr bizi öz qucaǧına aldı (Y.Əzimzadə).
Onun iri, qara gözləri parlayır, yanırdı (C.Məmmədov); Balaca şəhərin küçələrini duman bürümüşdü (Çəmənzəminli).
Bir sürü xırda və iri yaşlı uşaqlardıq (S.Hüseyn).
Səfiqulu bəyin gözləri iriləşib oynamağa başlayırdı (M.İbrahimov); Həmin şəklin önündə qubernator lap balacalaşır... (İ.Şıxlı).
Bu irilikdə mirvari... heç Xəta padşahının xəzinəsində də tapılmaz (S.S.Axundov); Almanın xırdalığına baxma, çox şirindir.
Ramazanov mənə yaxınlaşdı, məni tanıyıb, yalandan irişdi (S.Rəhman); Uşaq da yadına salıb aǧlayır (Mir Cəlal).
Qüvvətimiz, ümidimiz, arzularımız məhəbbətlə isinmişdir... (Ə.Məmmədxanlı); ...Mənə tərəf çevriləndə soyuyub ayazıyır, elə bil ki, üstümə qar-yaǧış tökəcək (M.İbrahimov).
Bədənimə isitmə gəldi. Dünən gecədən bəri onu tərk etməyən üşütmə və qorxu rəf oldu (C.Əmirov).
Şən qəhqəhələrlə islaq otların arasında çiyələk dərib yeyirdilər (A.Şaiq); Quru qobu qıraǧı ilə əlində kaǧız qovluǧu olan bir gənc yeriyirdi (Mir Cəlal).
Az keçdi, yenə güclü yaǧış başladı başdan; Bir anda bahar paltarım islandı yaǧışdan (S.Rüstəm); Səriyyə xala baǧırmaq və aǧlamaq istəyir, bacarmırdı. Sanki gözlərinin yaşı qurumuşdu (M.İbrahimov).