O ifritə qadının alçaq fitnəsini hamımız başa düşdük (M.Hüseyn); Babaxanın oraya yolu düşür, belə gözəl bir qızın yayın istisində tarlada çalışan görür (Mir Cəlal).
Elə qarı qapını örtcək dəyişilib oldu bir küpəgirən ifritə, cadu (Naǧıl); Həyalı qızarar, həyasız aǧarar (Ata. sözü).
Hər yerdə iǧtişaş, hər yerdə üsyan; Alovlu nəǧmələr ucalır göyə (S.Rüstəm); Hamı sülh istəyir (Mir Cəlal).
Hər kiçik ixtilaf ailəni pozarsa, onda nə olar? (Mir Cəlal); Birlik lazımdır bizə! (M.Hüseyn).
Qızlar, gəlinlər sevinir, uşaqlar, gənclər, ixtiyarlar sevinir, bütün kainat belə sevinirdi (C.Cabbarlı).
İxtiyarlıq ölümün qonşusudur (H.Cavid); Təhqir olunmuş gənclik vüqarımı müdafiə edərək, əsəbi və titrək barmaqlarımla aǧzıma gələni yazdım... (Mir Cəlal).
Qaraş ikibaşlı söz soruşduqda Maya da ondan incidi, bir-birindən soyuq ayrıldılar (M.İbrahimov); Bu o qədər aydın və sadə bir həqiqətdir ki... (M.Hüseyn).
Yox böylə ikidilli, yaman üzlü cəfakar; Bir zərrə utanmaz! (M.Ə.Sabir); ...Püstəxanımla səmimi salamlaşandan sonra onları yerbəyer elədi (M.Hüseyn).
Səs ikiləşdi, üç oldu, sonra tamam kəsildi (G.Hüseynoǧlu); Ədhəm bilirdi ki, Səlim təklənəndə öz təsir gücünü xeyli itirir, çaşır, təntiyir (B.Bayramov).
Teymurla Güldəstə ikilikdə qalmışdılar (H.Seyidbəyli); Təklikdə heç nə eləyə bilməzsən (“Ulduz”).
Pərdəli, ikimənalı danışıqlardan da xoşum gəlməz (Ə.Vəliyev); Əsil etika açıq danışmaǧı sevir (M.Hüseyn).
Kəndə ikitirəlik salıb; Pirəli getdi; İstəyincə paşalıq (M.Rahim); Güc birlikdədir (Ata. sözü).
Siz baǧışlayın, yoldaş Mədəd, ba Tarıverdi xalis ikiüzlüdür (S.Rəhimov); O çox səmimi yoldaşdır.
İkiüzlülük qorxudan əmələ gələn bir xəstəlikdir (M.hüseyn); Xüsusən Nazim Hikmətlə əlaqədar yazılmış səhifələrdə səmimilik və dəqiqlik xüsusi nəzərə çarpır.
İkidir gərçi pəriçöhrələrin küftarı; Bir imiş bunların iqrarı ilə inkarı (Q.Təbrizi).