Daşqəlbli insanları neylərdin, ilahi?! Bizdə bu soyuq qanları neylərdin, ilahi?! (M.Ə.Sabir); Başqalarına baxanda Aslan çox mərhəmətlidir.
Qoca qəlbim öcsüz deyil: Yanar od, daşqın suyam! (A.Şaiq); Raykom katibi sakit dənizi xatırladan bu tarlaya getdi (Ə.Vəliyev).
Çayın yazbaşı daşqınlıǧı narahatlıq doǧurur. Zahirən sakitlik və ətalətini pozacaq bir hərəkət gözə dəymirdi (M.İbrahimov).
Dava var qılıncla qurtarır, dava var dillə (Ə.Haqverdiyev); Qonşular barışıq gününü intizarla gözləyirdilər.
Barıt və qan qoxusu aǧırlaşdı havada; Daşlar belə qanadı bu uǧursuz davada (R.Rza); Azadlıq vədəsi? O gələcəkdir; Hamısı sülh ilə düzələcəkdir (S.Vurǧun).
Belə ki baxardın, hər gün sərxoş bəyin qapısında dava-dalaşdır (S.Rəhimov); Çadıra bir müddət tam sakitlik çökdü (S.Qədirzadə).
Nənəm çox davakardır (M.İbrahimov); Yox qardaş, ... uşaq çox dinc uşaqdır (S.Rəhimov).
Davakarlıǧın səbəbi var, bilmirsən? (M.İbrahimov); Bəli, Şamama dincliyi, rahat oturmaǧı başqa cür başa düşən adamdı (Ə.Əbülhəsən).
Məcməyidə gavalı; Yedim, oldum havalı; Qonşuda bir qız sevdim; O da çıxdı davalı (Bayatı); Allahyar özünü sakit göstərməyə çalışsa da, səhərə qədər yata bilmədi (İ.Şıxlı).
Gedin bu saat axtarın; bir nəfər kök, davamlı həkim tapın gətirin (Ə.Haqverdiyev); Çox dözümsüz, hövsələsiz adamdır.
Soyuǧa davamsız idi, o dəqiqə xəstələnirdi. Doǧrudan, ana qədər dözümlü, cəfakeş məxluq yoxdur (Ə.Vəliyev).
Davamsızlıǧı aǧrısının artmasına səbəb oldu. Zəhmət dözümlülük, səbirlilik tələb edir.
Mən belə güman edirəm ki, Xorasanı davasız alaq (Ə.Haqverdiyev); Onların günü savaşlı keçir (“Azərbaycan”).
İri daşa toxunub dayandı (İ.Şıxlı); Otaqda xeyli gəzindi, sonra məktəbə getməyi qərara aldı (İ.Fərzəliyev).
Oynaǧımdır hər zaman; Yaşıl kol-kos, dayaz çay (A.Şaiq); Bu saat dənizdə ən dərin quyu harada qazılır? (M.Hüseyn).