Mən yazıq çəkdim cəfanı; Müxənnət sürdü səfanı (Aşıq Ələsgər).
Uzaqdan dadlı, nəşəli, yaxından zəhərli, cəfalı, bəlalı, ömrü puç edən bir şeydir (S.S.Axundov); Doǧrudan da, ürəkaçan və səfalı bir yer idi (M.Talıbov).
Onun hekayələrində cəfəng, uydurma hadisələr verilir. Salman yenə ona duzlu, məzəli məktublar yazır, şeirlər göndərirdi (M.İbrahimov).
Onun gördüyü işlərdən mənim xoşum gəlmir, çünki cəfəngdir (“Ulduz”); Əhməd dostunun mənalı gözlərinə baxdı (İ.Şıxlı).
Fərzəli içəri daxil olub arxasınca qapını cəftələdi (S.Rəhimov); Gecdən gec qapını açdı (“Azərbaycan”).
Cəhalət nə qalın divar imiş (M.İbrahimov); Mədənilik də inkişaf, tərəqqi ilə baǧlıdır.
Qulluqçu cəld qapını açdı (Ə.Haqverdiyev); Asta gedən tez gedər (Ata. sözü).
Qız pambıq yıǧımında cəldləşir. Hərdən musiqi yavaşıyır, kim isə fərəhli bir mahnı oxuyurdu (Mir Cəlal).
Cənnətin yazlıǧı, cəhənnəmin payızlıǧı (Ata. sözü).
Səni bu fəlakətdən yalnız bilik və cəsarət qurtaracaq (A.Şaiq); Mənim qayadibi kəndim nə qədər davam edərsə; buranın qorxusu yoxdur (S.S.Axundov).
Emin guya cəsarətlənmişdi (S.Qədirzadə); Ancaq açılmayır o qorxur ki, sən; Onu birdəfəlik rədd eləyəsən (S.Vurǧun).
Bilirsinizmi, çox fikri açıq, çox cəsarətli uşaqdır (M.İbrahimov); Belə qorxaq başı saxlamaǧa dəyməz (S.Vəliyev).
Bu yarışda cəsarətlilik göstərdi. Acizlik adamın birinci düşmənidir, yadında saxla (M.İbrahimov).
Ancaq cəsarətsiz aǧlın da kəsəri olmaz (M.İbrahimov); Sərvinaz ürəkli cavab verdi (“Ulduz”).
Daǧlara səyahət cəsurların idmanıdır (S.Qədirzadə); Övladlarım, bu işdə bir qanun var ki, onu pozmaqda biz acizik (S.S.Axundov).