Bu incə rəqslərdə nə qədər gözəllik, nə qədər bakir hissin ifadəsi vardır (Çəmənzəminli); Anna pozǧun qızdır, onunla oturub-durma.
Bu dünya fani, o dünya baqi (Ayrım bəzəmələri).
Xan Soltan qoyunu gözləmək üçün bala çobanı dik qayanın başına qaldırmışdı (S.Rəhimov); Elmlə qurulur böyük binalar (H.Hüseynzadə).
Dilaranın bacısı boyca balaca, amma qardaşı hündür idi.
Bir saatın ərzində arıqlamış, balacalaşmış, ordları batmış... (M.İbrahimov); O qeyrətli uşaq böyüyüb məni hamıdan yaxşı saxlayacaqdır (S.S.Axundov).
...Bu balacalıqda qızın əlində aciz qalmışdı (S.S.Axundov); Gördüyü sonsuz iztirablar içərisində... insanın böyüklüyü və ruhi qüdrətini kəşf etdi (Ə.Məmmədxanlı).
Xəlil nədir ki, o məni işdən çıxardır, bunlar da balqabaq kimi durub baxırlar (M.Hüseyn); Yəqin, o şofer bacarıqlı adamdır, gözüaçıqdır (M.İbrahimov).
Bambalaca bir uşaq; Pəncərədən baxırdı (İ.Tapdıq); Onun nəyinə baxım, uzundrazın biridir.
Həmin bu mərkəzin bərəkətindəndir ki, mən bu bambılı Əhmədin yanında olmuşam bir balaca uşaq... (C.Məmmədquluzadə); Aǧır adamdır, hərdənbir başını qaldırıb məclisə göz gəzdirirdi.
O çox baməzə qoca idi. Zarafat etməyi və lətifə söyləməyi çox sevərdi (M.S.Ordubadi); Usta qaradinməz bir kişi idi, haraya isə tələsirdi (Ə.Sadıq).
...Rica edirəm, sözlərinizə diqqət edin, yüksək cəmiyyətdə belə rəftar barbarlıqdır (C.Cabbarlı); Mədənilik cəhalətin düşmənidir.
Oǧlanla qızın valideynləri arasında barışıqlıq oldu. Aralarındakı küsülülük hələ davam edirdi (Ə.Məmmədxanlı).
Mən küsməmişəm ki, barışam. Mən dalaşmaq fikrində deyiləm (C.Əmirov).
Xosrov deyirdi ki, gəlsin barışaq (S.Vurǧun); Biz də aşpazlarla vuruşmuşuq (S.Vəliyev).
Vaqonlarda basabas idi (Mir Cəlal); ...Göz işlədikcə uzanan bu düzənliklərdə aǧacın azlıǧı, kölgəliyin seyrəkliyi Gülşəni yay kimi əyirdi (Ə.Vəliyev).