Vaxt olub ki, büdrəmişəm, yenə durmuşam (T.Şahdaǧlı).
Qadın sualımın bir müsahibə şəkli aldıǧını görüncə əlindəki kitabı bükdü (S.Hüseyn); Yenə Səmayənin açılmış başı; Qara hörükləri titrədir külək (H.Hüseynzadə).
Xına bir kaǧız parçasına bükülmüşdü (C.Məmmədquluzadə); Vəlinin gətirdiyi baǧlama açılmadı ki, açılmadı.
Bel büküldü, gətirdi bəd hər işim (S.Rüstəm); Qadın diksinmiş kimi, düzəlib şax durdu (Mir Cəlal).
Onsuz da boǧuluram, bürküdür, otaǧa girəsi halım yoxdur (M.İbrahimov); Soyuq, dəhşətli bir soyuq Mayanı titrətdi (M.İbrahimov).
İsti bürkülü bir gün idi (S.Sərxanlı); İstiyə də tab etdim; Soyuǧa da alışdım (H.Hüseynzadə).
Laçın qəfildən yapıncısını açıb Gülyazı bürüdü (M.Hüseyn).
Tüstü bürüncəkli qara saçında; Üzünü xəmirlə oxlov aǧardır (Abbasaǧa); Buradan çılpaq bir balaca qız çıxdı (S.S.Axundov).
Quraqlıqdan pambıǧın qozaları bürüşdü. Sakit açılır qapı; Gəlir müəllimimiz (H.Hüseynzadə).
Bürüşük və titrək əli ilə göyün şimal tərəfindəki kiçik qara buludu göstərərək: – Baxın – dedi (A.Şaiq); Yarım açıq qapı arasından oǧlunun sözlərini eşidirdi (S.S.Axundov).
Yarımçıq bir mahnı gör nələr deyir; Bütöv bir aləmdir, bir kainatdır (H.Hüseynzadə).
Bütün var-yoxum sənə qurbandır (“Azərbaycan”); Varımı səninlə yarı bölərəm (S.Rüstəm).
Lyudmila küsəyən qızlar kimi dodaqlarını büzdü (C.Əmirov); Açsın isti qoynunu; Doǧma sinif otaǧı (H.Hüseynzadə).
Hər şeyə yuxarıdan baxan büzük gözlərində hüdudsuz bir təkəbbür çöküb qalmışdı (M.İbrahimov); Açıq qapıdan musiqi səsi gəlirdi (S.S.Axundov).
Yadımdadır indi də dodaqlarım büzüldü (S.Rüstəm); Oyanır yuxudan sevimli şəhər; Açılır evlərin pəncərələri (H.Hüseynzadə).