Payız fəsli olduǧu üçün hava yaman bozarmışdı (A.Makulu); Bir-iki dəqiqə davam edən yaǧışdan sonra göy açılmaǧa başladı (Çəmənzəminli).
Qızın rəngi kül kimi bozarmışdı (M.Hüseyn); Utandıǧından rəngi qızarmışdı (“Azərbaycan”).
Daǧlara yaxınlaşdıqca aran təbiətinin bozluǧu, kasıblıǧı hiss edilmədən geridə qalırdı (M.Eynullayeva); Bu gün havanın açıqlıǧı adama ləzzət verirdi (“Ulduz”).
Bu mənim qızım və bu da kiçik oǧlumdur, böyük qardaşları Tiflisdə oxuyur (S.S.Axundov).
Böyütmək istəyir öz meydanını; Al-yaşıl geyinib gələn bahar da (Ə.Haqverdiyev); Otaǧın arasını kəsib kiçiltmək istəyir.
Biri sərasər aǧ, həm siyah teli; Biri buǧdayıdır, amma şəkilli (M.P.Vaqif); Qapını aǧyanız bir oǧlan uşaǧı açdı.
Daha deyirlər, daşmır; Bəndlər onu buxovlayıb (Mir Cəlal); Paltonu çiyninə atıb qapını açdı (S.S.Axundov).
Lakin ruzigar hələ tez-tez bulanırdı (M.İbrahimov); Göyün üzü açıldı.
Axşam yaxınlaşdıqca Həsən kişinin əhvalı bulanırdı (M.İbrahimov); Tapdıq vücudca yaxşılaşmışdır (Ə.Vəliyev).
Bilmirsən axşamdan qalan bulaşıq qabları yumaq lazımdır? (A.Şaiq); Təmiz qaşıqları götürüb yerinə qoydular.
Qab-qacaǧın bulaşıqlıǧı ev yiyəsinin pintiliyinə dəlalət edir. Təmizlik yaxşıdır, indi kim istəyir, gəlsin, utanmarıq (A.Şaiq).
...Daǧların başı dumanlıdır, üfüqlər bulaşmaǧa başlayır (Çəmənzəminli); Gəlsin bahar fəsli, açılsın yazlar (Aşıq Qurbani).
Buludlu qaşqabaǧı birdən ayazıyıb açıldı (S.Rəhimov); Sonra yadına düşdü ki, Zeynəb çəməndə açıq yerdə qalmışdı (S.S.Axundov).
Bu doǧma dərdimi bumbuz ürəklər nə duyar? (S.Rüstəm); Tez ol, isti su və bulud hazır et (S.S.Axundov).
Gədələr Qədim dayının qollarını burdular (S.Rəhimov); Çərkəz yorǧanı üstündən atıb ayaǧa durdu. Qollarını açıb gərnəşdi (İ.Şıxlı).