Köç deyəndə, azar alır canını; Yer süpürür sanki qaşı-qabaǧı (M.Müşfiq); Abbas Səhhət şeirlərində “Səhhət” kəlməsini bəzən həm təxəllüs, həm də şəfa, saǧlamlıq mənasında işlətmişdir.
Tap görüm, atdan alçaq, itdən hündür (S.S.Axundov).
Söylədiyimiz dövrdə İçərişəhər abad deyildi (H.Sarabski); O, faşistlərin bu şəhəri necə viran etdiklərini öz gözü ilə görmüşdü (S.Vəliyev).
Şəhərimizin hər yerində abadlıq işləri aparılır. Yolların bərbadlıǧı hamını narahat edir.
Yenidən bitişdi bütün zərrələr, abadlıq göründü o xərabələr (M.Şəhriyar); Bəzi təsərrüfatlarda hələ daǧıntılıq hökm sürür.