Gecə, gündüz əkir, biçir yoxsul; Yenə görməz evində bir məhsul (A.Şaiq).
Arpa əkdim, darı çıxdı (Ata. sözü).
Vəziyyəti büsbütün əksinə məna edirsiniz (M.S.Ordubadi); Şərait məsələyə düzünə yanaşmaǧı tələb edir.
...Sizin nəcib ürəkli və yüksək əqidəli bir adam olduǧunuzu görürəm (M.İbrahimov); O, məsləksiz adamdır.
...Bir addım əvəzinə beş addım geri çəkilən əqidəsiz, etiqadsız adamlardandır (M.İbrahimov); Onu məsləkli bir şəxs kimi tanıyırlar (“Azərbaycan”).
Əqli əməklə fiziki əmək arasındakı ziddiyyət aradan qaldırılmalıdır.
Tarverdinin bu hərəkəti, əlaltı öküzləri satıb yeməyi təlimatçı Məcidi pərt etmişdi (S.Rəhimov); İlahi, yuxu görürəm, ya bu aşkardır? – deyə özünü
toxtatdı (Mir Cəlal).
O, əlaltından öz işini görürdü (M.İbrahimov); Aşkarca bizim əleyhimizə danışır.
Düşünüb bayaqdan tökmüşəm tədbir; Gərək sinə gərək düşmənə əlbir (S.Rüstəm); Özün də meydanda tək qaldın... (M.Hüseyn).
Bu yerdə yer tapılmaz artıq qüssəyə, dərdə; O yerdəsə ürəklər dərddən ələk-vələkdir (S.Rüstəm); Mişka Əli ilə sakitlik işarəsi verdi, başa saldı (Mir Cəlal).
Keçdim artıq gülə-gülə mən ələmdən nəşəyə (S.Rüstəm).
Dədəm kimi əliaçıqsan, verəndə üzünü görmə (M.İbrahimov); Olursunuz, duman olun, sis olmayın; Nədə xəsis olsanız da; Sevgidə xəsis olmayın! (B.Vahabzadə).
Nəbinin igidliyi, əliaçıqlıǧı dillərdə dastan olur (“Qaçaq Nəbi”); Sən niyə indidən uşaǧı sinsidirsən, yoxsa pulun xəsisliyini eləyirsən? (Mir Cəlal).
Lakin mən onun evinə əliboş gəlib əlidolu gedən, əlidolu gəlib əliboş gedən adamların kim olduqları ilə əsla maraqlanmıram (S.Rüstəm).
Çox zaman əliəyriləri bir tərəfdə qoyub, düz adamlardan yapışırlar (C.Əmirov).