Sübhün əbədi aşiqləri olan boz toraǧaylar havalanıb səhər nəǧmələrini oxuyur (M.Rzaquluzadə); Xalq müvəqqəti sükutu pozaraq dedi (M.S.Ordubadi).
Əbədilik müvəqqətilikdən üstündür (“Qabusnamə”).
Dünyaya bir dəfə gəlsə də insan; Yenə əbədiyyət onundur, fəqət (S.Rüstəm); Əziz bacı, müvəqqəti həyatımın əbədi yadigarı bu əksimi sənə verirəm (İ.Şıxlı).
Ancaq əbəs yerə həyəcan keçirirdi (İ.Şıxlı); Uzun və mənalı bir sükut Kamranı tutmuşdu (Mir Cəlal).
Bu zarafatın o əbləhə neçəyə oturacaǧını göstərirəm (S.Vəliyev); Sözdə hünərdən dəm vurmaq asandır, ancaq aǧıllı adamlar quru sözə inanmazlar (Mir Cəlal).
O vaxt bizim nahiyənin pristavı Navedski adında çox rəhmsiz və əclaf bir adam idi (Ə.Vəliyev); Bu xidməti hər bir vicdanlı kişi yerinə yetirməli idi (M.S.Ordubadi).
Görmürsən, kişinin üz-gözündən, hər hərəkətindən əclaflıq tökülür (A.Şaiq); Mən onun ləyaqətliliyinə lap əvvəldən bələdəm.
Onları əcnəbi dillərdə oxutmuşam (M.S.Ordubadi); Onlar ana dilində danışırdılar (M.Hüseyn).
Əcnəbi yenə çamadanı verməyib, təcilən... vaǧzaldan şəhərə çıxdı (S.Qənizadə); Özü də yerlidir (Y.Əzimzadə).
Aldadır bəşəri yalan vədləri; Haqdan, ədalətdən yoxdur bir əsər (S.Vurǧun); Tainki ayıqdır, həzər et ər dediyindən; Ər zülmü yamandır (M.Ə.Sabir).
Heç bundan ədalətli qərar olmaz (M.İbrahimov); Bəzən onun gözlərində parıldayan sevinc bir an qədər qısa və insafsız idi (M.Hüseyn).
Heç bir zaman hökumət ədalətsiz iş görməz (C.Cabbarlı); İnsaflı və mehriban bir adamdır (“Ulduz”).
Məgər mən az ədalətsizlik, az insafsızlıq görürəm? (Ə.Haqverdiyev); İnsaflılıǧına söz ola bilməz (“Azərbaycan”).
Bizim qaçdıǧımıza görə, Pərviz xanla Rəhim xanın arasında ədavət düşəcəkdir (Ə.Haqverdiyev); Dostluqda deyilən hər sözə min məna verirsən (M.Hüseyn).
Təzə gəlinlər, cavan qızlar yanına girə bilməzdi; ədəb, həya, hörmət vardı (Q.Qantəmir); Bax, mən gəncliyin bu qabalıǧı ilə razılaşa bilmərəm (M.Hüseyn).