inc., inf., poliq. Təsvirlərin (rəsm, fotoşəkil və s.) karandaş və ya boya ilə ayrı-ayrı yerlərinin düzəldilməsi, pozulub təmizlənməsi və kimyəvi emalı (fotoqrafik təbəqənin aşındırılması yolu ilə).
Poliqrafiyada orjinalların çapa hazırlanmasında və çap formaları üçün neqativ və diapozitivlərin düzəldilməsi, qaydaya salınmasında tətbiq olunur.
Fizika terminlər lüğətiQarşılıqlı təsir zamanı bir neçə elementar zərrəciyin qovuşması (və ya mexaniki birləşməsi) nəticəsində yaranan və yaşama müddəti kiçik olan zərrəciklər.
R. bilavasitə müşahidə olunmur, yaranması parçalanmada meydana çıxan zərrəciklərin müşahidəsi ilə isbat olunur.
Fizika terminlər lüğətibiol. Orqanizmin müxtəlif növ qıcıqların təsirinə qarşı həssaslığının artması.
Orqanizmi təşkil edən toxumaların anatomik, morfoloji, mikroskopik-histoloji və fizioloji xüsusiyyətləri vardır. Sübut edilmişdir ki, S. mərkəzi sinir sistemində oyanma və ləngimə hadisələri nəticəsində pozula bilir.
Fotomaterial həssaslığının spektral oblastının genişləndirilməsi.
S. hadisəsini alman alimi Q. K. Fogel kəşf etmişdir (1873). S. müasir ağ-qara və rəngli fotomaterialların istehsalında geniş tətbiq olunur.
Fizika terminlər lüğətiMetrologiyanın işığahəssas fotomaterialların fotoqrafik xassələrinin ölçülməsi ilə məşğul olan sahəsi.
19-cu əsrin 40-cı illərində (fotoqrafiyanın kəşfindən sonra) meydana çıxmışdır. Kino-foto materialların istehsalı və emalının ayrı-ayrı mərhələlərində, habelə fototəsvirlərin çoxlu sayda alınmasına miqdari nəzarət üsulları, qəbul və arbitraj sınaqları – S.-ya əsaslanır.
Fizika terminlər lüğəticoğr. Qapalı su hövzələrində yaranan böyük periodlu (bir neçə dəqiqədən onlarca saatadək) durğun dalğalar.
S. xarici təsirdən (atmosfer təzyiqinin kəskin dəyişməsi, külək, seysmik hadisələr və s.) yaranan dalğalarla, hövzənin sahillərindən əks olunan dalğaların interferensiyası nəticəsində əmələ gəlir. S. zamanı bütün su kütləsi rəqsi hərəkətdə olur.
Fizika terminlər lüğətiSəs dalğalarının sonradan səsləndirilməsi üçün qrammofon valı, kino lenti və s. informasiya daşıyıcısına yazılması.
Səs daşıyıcısının müxtəlif sahələrində fiziki hal və ya formanın dəyişilməsinə əsaslanır. Mono, stereo və kvadrafonik (yəni 4 kanallı stereofonik) S. üsulları var.
Fizika terminlər lüğəti