Partlayış təsirinin müəyyən istiqamətdə gücləndirilməsi; kumulyativ effekt.
K. yaratmaq üçün partlayıcı maddədə hədəfə tərəf yönəldilmiş konusvarı çuxur (kumulyativ oyuq) düzəldilir və onun daxili səthinə nazik metal qat (üzlük) çəkilir. K.-dan maddə xassələrinin tədqiqində (yüksək təzyiqdə), inşaatda, mədən-filiz sənayesində və hərbi işlərdə istifadə edilir.
Fizika terminlər lüğətiTam elektrik yükü və elektrik dipol momenti sıfra bərabər olan yüklü zərrəciklər sistemi.
Bir-birindən müəyyən məsafədə (a) yerləşmiş qiymətcə bərabər, istiqamətcə əks dipol momentlərinə malik olan iki dipol K. təşkil edir.
Fizika terminlər lüğətiAdronları təşkil edən qeyri-adi hipotetik zərrəciklər.
K.-ın varlığına dair hipotezi Gell Man və ondan xəbərsiz Avstriya fiziki Q. Sveyq söyləmişdir (1964). Elektrik yükü, hiperyükü və barion ədədi kəsr, spini 1/2 dir, u və d adi, s – qəribə və s. heyranedici kvarkın varlığı fərz olunur. K. arasında həddindən artıq güclü qarşılıqlı təsir mövcuddur və bu qluon adlı zərrəciklə ötürülür.
Fizika terminlər lüğətifiz. ABŞ, B. Britaniya və s. ölkələrdə işlədilən həcm vahidi.
Amerikada K. mayelər üçün 0,9463 dm3, səpələnən maddələr üçün 1,1012 dm3, Polşada 1 l-dir. Əvvəllər Rusiyada həcm vahidi kimi işlədilən krujka bəzən K. adlandırılırdı. Azərbaycanda bu məqsədlə parç işlədilir.
mus. 1. Dörd pərdə həcmində interval. 4 rəqəmi ilə işarə olunur. 2. Səsdüzümünün 4-cü pilləsi.
Fizika terminlər lüğətifiz. Optikanın bölməsi.
Dalğa uzunluğu 1-2 mm-dən kiçik (mm-lik radiodalğalar diapazonunun qısadalğalı hissəsi və ona yaxın olan optik diapazon) olan elektromaqnit dalğalarının yayılmasını öyrənir. Dalğaların yayılması həndəsi optika qanunlarına tabedir, lakin difraksiya hadisələri də mühüm rol oynayır. Uzunluğu 1-2 mm-dən kiçik olan dalğalar kvazioptik qurğularda (açıq rezonatorlar, kvazioptik xətlər) yaranır və yayılır.
Fizika terminlər lüğətiGüclü qarşılıqlı təsirdə olan çox sayda zərrəciklərdən ibarət sistemin kvant nəzəriyyəsinin mühüm anlayışlarından biri; kondensasiya olunmuş makroskopik sistemin, əsasən kristal bərk cismin zəif həyəcanlanma halının kvantları.
Makroskopik sistem çoxlu real zərrəciklərdən: nüvələrdən və elektronlardan ibarətdir.
Fizika terminlər lüğəti