behcat sözü gözəllik, göyçəklik, qəşənglik, gülərüzlülük, sevinc mənalarını ifadə edir.
Dilimizdə Behcət şəklində də tələffüz edilir. Cənubi Azərbaycanda Behcət/Bəhcət soyadı da məlumdur. Cənubi Azərbaycanda xalq ruhunu, xalq həyatının mənzərələrini ədəbiyyata gətirmiş Məhəmmədhüseyn Şəhriyar yaradıcılığının ilk dövründə şeirlərini “Behcət” təxəllüsü ilə yazmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətibehzad (əslində bihzad) sözündəndir: 1. Yaxşı gündə, xoş gündə dünyaya gələn, anadan xoşbəxt, ağgün doğulmuş; 2. Saf, təmiz əsillinəsilli, halalzadə; 3. Sağlam doğulmuş, yaxşı doğulmuş (adam). 4. Nəcib, alicənab, mərd.
Behzad şəxs adı nəcib, mərd, alicənab olan (adam) mənalarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiböyrak sözündən olub, müharibədə ordunun mərkəzi və yan tərəfdəki mövqeləri, daha dəqiq sağ və sol cinahları mənasındadır.
Bəzi mənbələrdə adın birinci hissəsi (bey) bəy sözü ilə əlaqələndirilir. “KitabiDədə Qorqud” dastanlarında qəhrəmanlardan birinin adıdır. Türk xalqları arasında geniş yayılmış kişi adlarından olsa da, Azərbaycanda çox nadir adlardandır. Beyrək kişi adı hərb, döyüş anlamları ilə əlaqədar şəxs adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətibeytullah sözündəndir. İslam dini ilə əlaqədar antroponimlərdəndir. Əslində Beytullah (bax: ÜLLAH) şəklində olan kişi adı Kəbənin məscidlərinin birinin adından olub, Allahın evi (Kəbə və Məkkə), Tanrının evi, məscid mənasındadır.
Şərq poeziyasında məcazi mənada işlənir, gözəlin üzü anlamındadır. İslam tarixindən məlum olduğu kimi, İslam dini qəbul edildikdən sonra Məhəmməd Peyğəmbərin əmri ilə bütxanalar boşaldılmış, bütlər yandırılmışdır. Bina isə yeni dinin ən müqəddəs yeri elan edilmişdir. Həmin bina Kəbeyibeytüllah (Allahın evi) elan edilmişdir. Beytullah adı da həmin müqəddəs binanın adı ilə əlaqədardır. Bildiyimiz kimi, sovet rejimində İslam dini ilə bağlı bir sıra adlar kimi, bilərəkdən rəsmi sənədlərdə təhrif edilərək Bədulla, Beydulla, Bətulla kimi də yazılmışdır. Sonradan təhrif olunmuş adlar da müstəqil kişi adı kimi rəsmiləşmişdir. Məişətimizdə Beytullah adı uzun müddət yalnız Beydulla formasında mövcud olmuşdur. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Beydulla bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti
babr sözündəndir. Məlum olduğu kimi, bəbir yırtıcı heyvanlardan biridir. Həm xarici görkəmi ilə, həm də yırtıcılığına görə bir qədər pələngə bənzər vəhşi heyvandır. Bəbr/bəbir sözü xallı pələng, yırtıcı heyvan mənasını ifadə edir.
Bir çox mənbələrdə Bəbir/Bəbur adı Hindistanın Moğollar dövlətinin banisi, qədim türklərdə tayfa adı (Bəbirli tayfası), eləcə də cığatay türkcəsində gözəl əsərlər yazan məşhur şair Zəhirəddin Məhəmməd Baburun (14831530) adı, həmçinin onun məşhur “Baburnamə” əsəri ilə əlaqələndirilir. Bəbir kişi adı güclü, basılmaz mənalarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətibadal sözü əslində dilimizdə əvəz anlamını ifadə etsə də, bir neçə yaxın mənalarda da işlənir: 1. Əvəz, nəyin isə əvəzi, qarşılığı, dəyişmə; 2. Dəyər, qiymət; 3. Tay bərabər, misal. Bədəl şəxs adı sözün ikinci, dəyər, qiymət mənası ilə əlaqədardır.
Məişətimizdə Bədəl adı ilə yanaşı Əvəz (bax: ad – ƏVƏZ), eləcə də onun təhrif edilmiş Eyvaz (bax: ad – EYVAZ) variantı da mövcuddur. Ərəblərdə olduğu kimi, digər Şərq ölkələrində də Bədəl adını ancaq oğlana verirlər. Bu isə onu göstərir ki, dünyaya gələn oğlan övlad daha dəyərli sayılır, ata özünə əvəz hesab edir, başqa sözlə, nəslin davamçısı hesab edilir. Qədim zamanda ərəb ailəsində ata ərsəyə çatmış oğlunu dostaşnaya göstərərək iftixarla deyərdi: “Bədəlim hazırdır, qulluğunuzdadır”. Ərəblərdə hətta belə bir inanc da olmuşdur ki, əgər ailədə kiçik yaşlı oğlan uşağı öləndən sonra dünyaya yenisi gələrsə, əvvəlki oğulun adının nə olmasından asılı olmayaraq, onu əvvəlki övladın əvəzinə dünyaya gəlmiş kimi qəbul edərək adı Bədəl qoyulmalı idi. Başqa bir inancdan irəli gələn adətləri də maraq doğurur: ailədə xəstə uşaq olanda, xüsusilə də uşağın halı pisləşəndə, Əzrayılı çaşdırmaq məqsədilə guya xəstə uşağın əvəzi olaraq taxtadan və ya gildən müqəvva düzəldib yerə basdırardılar, həmin müqəvvaya “bədəl” deyərdilər. Düşünürdülər ki, Əzrayılı bu yolla azdıracaqlar.
Azərbaycan şəxs adlarının izahlı lüğətibadr sözündəndir, dilimizin qrammatik qanunlarına uyğun sonradan bədir şəklinə düşmüşdür. Bədir kişi adı on dörd gecəlik ay, doğmuş ay, bütöv Ay mənasındadır.
Azərbaycan antroponimikasında tərkibində Bədir adının iştirak etdiyi mürəkkəb şəxs adları da mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti