Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BALAMİR azərb.

mürəkkəb adların tərkibində iştirak edən bala və ərəb. mir sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Balamir (bax: ad – BALA; MİR) kişi adı bala əmir, kiçik əmir mənasındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Balamir bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BALAMİR azərb.

mürəkkəb adların tərkibində iştirak edən bala və ərəb. mir sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Balamir (bax: ad – BALA; MİR) kişi adı bala əmir, kiçik əmir mənasındadır. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Balamir bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BALAOĞLAN azərb.

mürəkkəb adların tərkibində iştirak edən bala oğlan sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Balaoğlan (bax: ad – BALA; OĞLAN) kişi adı Balaoğlan (bax: ad – BALA; OĞLAN) kişi adı oğul bala, oğlan övlad mənalarındadır. Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Balaoğlan adı bu gün Baloğlan formasındadır. Səsdüşümü (a) hadisəsi nəticəsində Baloğlan formasına düşmüşdür.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BALASƏR azərb.

mürəkkəb adların tərkibində iştirak edən bala sar sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Balasər (bax: ad – BALA; SƏR) kişi adı məğrur, qürurlu, vüqarlı anlamlarını ifadə edir. Adın təhrif olunmuş forması Baləsər də sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BALAŞİRİN azərb.

mürəkkəb adların tərkibində iştirak edən Bala Şirin adlarının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Balaşirin (bax: ad – BALA; ŞİRİN) kişi adı balanın hər şeydən şirin olması anlamındadır. Müasir Azərbaycan dilində Bala baldan çirindir, bala har çeydan çirindir, bala candan da çirindir və s. kimi deyimlərə, atalar sözlərinə, ifadələrə istənilən qədər rast gəlmək olar.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BALAVERDİ azərb.

mürəkkəb adların tərkibində iştirak edən bala verdi sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Balaverdi (bax: ad – BALA; VERDİ) kişi adının məzmununda Allahverdi (bax: ad – ALLAHVERDİ), Tanrıverdi (bax: ad – TANRIVERDİ), Allahverən (bax: ad ALLAHVERƏN), Tanrıverən (bax: ad – TANRIVERƏN), Baxşeyiş (bax: ad – BAXŞEYİŞ) və s. kimi adlarda olduğu kimi, ailəyə övlad payı verdiyi üçün, bir növ, Tanrıya şükür hissi ifadə olunmuşdur.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

BALAYAR azərb.

mürəkkəb adların tərkibində iştirak edən bala və fars. yar sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır.

Balayar (bax: ad – BALA; YAR) kişi adı Azərbaycan antroponimikasında alqış, dua məzmunlu şəxs adları sırasında olub, bütün ömrü boyu balama yar ol, Allah, həmçinin bütün işlərində Tanrı sənə yar olsun, bala anlamlarını ifadə edir.

Azərbaycan şəxs adlarının izahlı lüğəti