qəd. yəh. züleyxa təxminən sürüşən, sürüşkən mənalarını ifadə edir.
Şərq aləmində “Tövrat”dan alınma süjet əsasında yaranmış məşhur “Yusif və Züleyxa” dastanının qəhrəmanlarından birinin adındandır. Züleyxa adının ərəb mənşəli su pərisi mənasını ifadə edən Zəlixə/Zəlihə sözündən olması barədə mənbələrdə əsaslandırılmış məlumatlara rast gəlinir. Əfsanəvi rəvayətlərdə su pərisi də digər dənizdə yaşayan canlılar kimi sürüşüb əldən çıxa bilir. Bu cəhətdən yanaşdıqda Züleyxa adının su pərisi ilə əlaqədar olması inandırıcıdır. Adın əzizləmə və oxşama məzmunlu kiçiltmə forması Züley də sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. zülf sözü dilimizdə saç, üzün hər iki tərəfinə tökülmüş tellər anlamındadır. Zülf aşıq ədəbiyyatında, xüsusən gözəlləmələrdə (gözəlin təsviri ilə əlaqədar) olduğu kimi, klassik ədəbiyyatda da çoxişlənən ifadələrdəndir.
Azərbaycan antroponimikasında müstəqil şəxs adı kimi mövcud olmasa da, zülf sözü mürəkkəb şəxs adlarının tərkibində işlənir.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. mürəkkəb adların tərkibində işlənən zülf və naz sözlərinin birləşməsindən əmələ gəlmiş şəxs adıdır. Zülfünaz (bax: ad – ZÜLF; NAZ) qadın adı zülfləri də naz edən gözəl mənasındadır.
Adın təhrif olunmuş Zülfünaz forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. zümrüd yaşıl rəngli qiymətli daşın, həmçinin zümrüddən hazırlanmış zərgərlik əşyalarının adıdır.
Zümrüd həm də qədim əfsanə, rəvayət, nağıllarda əbədiyyət rəmzidir, başqa sözlə, özü yanıb öz külündən yenidən doğulan əfsanəvi iri quşun adıdır. Zümrüd qadın adı Azərbaycan antroponimikasında qiymətli daşların adından yaranmış qadın adları sırasında olub, yaşıl rəngli qiymətli daşın adındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. züriya sözündəndir. Züriyə qadın adı nəsil, övlad, uşaq anlamlarını ifadə edir.
Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olduğunu söyləmək olar. Bu gün Azərbaycanda Züriyə adının daşıyıcıları, əsasən, yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti