ərəb. vazifa sözündən olub, bir adamın üzərinə qoyulmuş, onun hökmən yerinə yetirməli olduğu iş, xidmət, öhdəlik, birisinin öhdəsində olan iş, səlahiyyətlər, rəsmən yerinə yetiriləsi tapşırıq, qulluq, məmuriyyət mənalarını ifadə edir.
XX əsrin ortalarına qədər məişətimizdə adın daşıyıcılarının sayı kifayət qədər olsa da, artıq əsrin sonlarına yaxın müşahidəediləcək dərəcədə azalmışdır. Vəzifə bu gün unudulmaqda olan qadın adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti