ərəb. valid (əslində doğmaq mənasını ifadə edən valyada feilindən) sözündəndir. Valid (bax: ad – VALİD) ata mənasındadır.
Validə isə dünyaya gətirən ana mənasındadır. Valideyn (ana və ata) sözü özündə hər ikisini birləşdirir. Müqəddəs kitab “Quran”da “İbrahim” surəsində ata-ana validəyə kəlməsi ilə ifadə edilmişdir. XX əsrdə məişətimizdə geniş yayılmış Valid kişi adı kimi, Validə qadın adı da XXI əsrdə artıq unudulmaqda olan şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. vaciha sözündən olub, gözəl, qəşəng, ürəyəyatımlı, göyçək, gözə xoş görünən anlamlarını ifadə edir.
Vəcihə qadın adı Azərbaycan antroponimikasında qədim adlar sırasındadır. Klassik ədəbiyyatda çox rast gəlinən söz və ifadələrdəndir. Adın daşıyıcılarından Azərbaycanın ilk pesəkar qadın rəngkarı Vəcihə Əli qızı Səmədova (1924-1965) görkəmli Azərbaycan rəssamı, Azərbaycanın Əməkdar İncəsənət Xadimi olmuşdur.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. vafa (əslində vafa) sözü dilimizdə səbat, etibar, sözünün üstündə durma, borcunu yerinə yetirmə, həmçinin məhəbbətdə sədaqət, etibar mənalarını ifadə edir.
Vəfa şəxs adı Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasındadır. Adın mənasına diqqət verilərkən ifadə olunan xüsusiyyətlərin həm kişilərdə, həm də qadınlarda olması arzuolunandır. Yəqin ki, məişətimizdə bunu əsas götürərək Vəfa adını dünyaya göz açan həm oğlan, həm də qız övladlara vermişlər.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. vasma sözü dilimizdə möhür, eləcə də qadınların özlərinə zinət vurmaq məqsədilə qaşlarına çəkdikləri qara rəngli boya (kosmetik vasitə) anlamlarını ifadə edir.
Vəsmə qadın adı da qaşa çəkilən həmin boyanın adındandır. Adın təhrif olunmuş Vəsimə forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti