fars. rövçan sözündəndir. Rövşanə qadın adı işıqlı, aydın, aşkar, məlum anlamlarını ifadə edən Rövşən kişi adından (bax: ad – RÖVŞƏN) ənənəvi yolla yaranmışdır.
Məişətimizə, əsasən, keçən əsrin 70-ci illərindən daxil olmuş qadın adıdır. Rövşanə bu gün Azərbaycanda dəbdə olan adlar sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətilatın. rufinus sözündəndir, kürən mənasındadır. Dilimizə ərəb dili vasitəsilə keçmiş sözlərdəndir. Rufinə qadın adı Rufin kişi adından (bax: ad – RUFİN) ənənəvi yolla yaranmışdır.
Adın təhrif olunmuş Rufinə forması da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. ruh sözü dilimizə hiss və duyğy, həvəs, hiss, qeyri-maddi varlıq, can, əsas nöqtə, həmçinin ürək, qəlb, könül, əhvali-ruhiyyə və s. yaxın mənalar ifadə edir.
Ruh Azərbaycan antroponimikasında müstəqil şəxs adı kimi deyil, kifayət qədər mürəkkəb şəxs adının tərkibində mövcuddur.
Azərbaycan şəxs adlarının izahlı lüğəti