ərəb. rafiq sözündəndir. Rəfiqə qadın adı Rəfiq kişi adından (bax: ad – RƏFİQ) ənənəvi yolla yaranmışdır, qız və ya qadının qız yoldaşı, dostu, sirdaşı anlamlarını ifadə edir.
XX əsrdə olduğu kimi, bu gün də məişətimizdə geniş yayılmış qadın adları sırasındadır. Qeyd etmək lazımdır ki, adın daşıyıcıları arasında orta və yaşlı nəslin nümayəndələri üstünlük təşkil edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. rahim (əslində rahim) sözündəndir. Rəhimə qadın adı dilimizdə çox rəhmli, ürəyiyumşaq, həddən ziyadə mərhəmətli, acıyan, rəhm edən, bağışlayan, mərhəmət sahibi anlamlarını ifadə edən Rəhim kişi adından (bax: ad – RƏHİM) ənənəvi yolla yaranmış qadın adıdır.
Rəhimə qadın adı dilimizin antroponimik vahidlər sistemində İslam dini ilə əlaqədar şəxs adları sırasındadır. Məlumdur ki, İslam dini bərqərar olandan bütün müsəlman ölkələrində adqoymada din tarixinə daxil olmuş şəxslərin adları kimi, ailə üzvlərinin, yaxınlarının adlarına da üstünlük verilmişdir. Rəhimə VII imam və xəlifə sayılan Museyi-Kazımın (Musa əl-Kazımın) qızının adındandır. XX əsrdə məişətimizdə geniş yayılmış Rəhimə qadın adı bu gün müşahidəediləcək dərəcədə azalmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. rahçan sözündən olub, parlamaq feili ilə əlaqədardır. Rəhşan qadın adı parıltı, parlayan mənalarını ifadə edir.
Adın təhrif olunmuş Rəhşən, Rəxşan, Rəxşanə, Rəxşən formaları da sonradan müstəqil qadın adı kimi formalaşmışdır. Rəhşan/Rəhşən, Rəxşan/ Rəxşən adı dilimizdə müştərək şəxs adları sırasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. raqib sözündəndir. Raqib bu gün dilimizin əsas fonetik qanununa əsasən, rəqib biçimindədir.
Müasir Azərbaycan dilində ümumişlək sözlərdən olan rəqib hər hansı bir işdə, vəziyyətdə başqalarından üstün gəlməyə çalışan (adam), eyni şeyi tələb edən, istəyən, arzu edən şəxslərdən hər biri, hər hansı bir yarışda iştirak edən tərəflərdən biri mənasındadır. Rəqibə qadın adı Raqib kişi adından (bax: ad – RAQİB) ənənəvi yolla yaranmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti