ərəb. qadir sözündən olub, dilimizdə etibar, hörmət, heysiyyət, ləyaqət, hənçinin dəyər, ləyaqət, hörmət, heysiyyət, qiymət mənasındadır.
Müasir Azərbaycan dilində qədir sözü ilə əlaqədar qadrini bilmak, qadir-qiymat, qadir ağacı, qadir bilmayan kimi ümumişlək ifadələr mövcuddur. Məişətimizdə geniş yayılmış Qədir kişi adı dəyər, qiymət anlamlarındadır. Qədir kişi adı bir sıra lüğətlərdə Ramazan ayında mövcud qədr gecələrinin adı ilə əlaqələndirilir. Bu fikirlər də qəbulolunandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətifars. qahraman sözündən olub, dilimizdə döyüş zamanı, yaxud başqa bir işdə qoçaqlıq, fədakarlıq, igidlik göstərən, igid, cəsur, qoçaq, bahadır, mənalarındadır.
Ədəbi əsərlərdə iştirak edən əsas surətlərə qəhrəman (əsərin qəhrəmanı) deyilir. İran mifologiyasından gəlmə şəxs adıdır. Qəhrəman kişi adı məişətimizdə geniş yayılmış adlardandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. qalam sözündəndir. Dilimizdə, əsasən, yazı yazmaq, naxış açmaq üçün istfadə edilən vasitə, alət, həmçinin yazma, inşa qabiliyyəti, üslub, yazı mənasındadır.
Alın yazısı ilə, qələm çəkməklə (Tanrı tərəfindən) əlaqədar məcazi mənalar ifadə edən qələm həm də yazıçılıq simvoludur (qələm sahibi). Dilimizdə Tanrının qalami, Allahın öz qalamiyla yazdığı, çakdiyi və s. kimi ümumişlək ifadələr də mövcuddur. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Qələm adı həmçinin mürəkkəb kişi və qadın adlarının tərkibində iştirak edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. qalandar sözü dilimizdə dünyadan əl çəkib həqiqət axtaran adam, dərviş, dünya nemətlərindən uzaqlaşıb həqiqət tapmaq ümidiylə yollara çıxan, həmçinin sadə həyat yaşayan, qürur və təkəbbürdən uzaq, qənaətlə dolanan mənasındadır.
Qələndər kişi adı dünya nemətlərindən özünü məhrum edib həqiqət axtaran (kişi) anlamını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. qambar sözündəndir. Qəmbər kişi adı sadiq dost, ürəyə yaxın, ailənin dostu mənalarını ifadə edir.
Adın daşıyıcılarından Əməkdar İncəsənət Xadimi, bəstəkar Qəmbər Hüseynlinin yaradıcılığında (1916–1961) məşhur “Cücələrim” (sözləri şair T.Mütəllibovundur) mahnısı böyük sənət uğuru sayılır. “Cücələrim” bu gün artıq dünyanın yüzdən çox xalqının dilinə tərcümə olunmuşdur. Dünyada “Cücələrim” qədər geniş yayılan, yüz milyonlarla uşağın və böyüyün – müxtəlif nəsillərdən olan adamların zövqünü oxşayan mahnılar çox azdır. Sənətşünasların, sənət bilicilərinin yekdil rəyinə görə, indiyə kimi “Cücələrim” qədər öz müəllifini bütün dünyada tanıtdıran ikinci mahnı olmamışdır. Hətta dünya şöhrətli Çarli Çaplin Azərbaycandan gələn kino işçiləri ilə görüşündə piano arxasına keçərək “Cücələrim”i ifa etmiş və demişdir: “Deməli, siz bu melodiyanın vətənindənsiniz?! Məndən o bəxtəvər bəstəkara salam yetirin!”
Azərbaycan şəxs adlarının izahlı lüğətiazərb. qanbar sözü küçələrə döşəmək, bina, ev tikintisində də istifadə edilən çaydaşı anlamındadır.
Ərəb dilində də “torağay” mənasında qənbər sözü vardır. Lakin Qənbər kişi adı çox möhkəm xüsusiyyətə malik sındırılması müşkül olan çaydaşı sözü ilə əlaqədar olub, möhkəm olan (kişi), sındırılması (məcazi) mümkün olmayan (kişi) mənalarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. qandil sözü dilimizdə asma çıraq, asma lampa, həmçinin xoşbəxt mənasındadır.
Qəndil kişi adı da işıqla, nurla əlaqədardır. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Qəndil/Qəndili adı artıq köhnəlmiş şəxs adlarından olub, yalnız soyadlarda yaşayan kişi adlarındandır. Adın təhrif olunmuş forması Qəndili də sonradan müstəqil şəxs adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti