ərəb. müxlis sözündəndir. Müxlisə qadın adı səmimi, dostluq və yoldaşlıqda səmimi olan, sədaqətli dost olan, həmçinin saf, təmiz, xalis mənalarını ifadə edən Müxlis kişi adından (bax: ad – MÜXLİS) ənənəvi yolla yaranmışdır.
Bu gün məişətimizdə Müxlis kişi adına nisbətən Müxlisə qadın adı daha geniş yayılmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. mükafat sözü dilimizdə birinin hər hansı bir sahədəki nailiyyətini, müvəffəqiyyətini qeyd etmək üçün ona verilən pul və ya başqa qiymətli hədiyyə, iş yerində yaxşı göstəricilərinə, yaxud bayram münasibətilə işçilərə verilən pul (mükafat olaraq), müəyyən bir xidmət müqabilində, yaxud yaxşılığa qarşı əvəz olaraq verilən pul, qarşılıq mənalarını ifadə edir.
Ailədə doğulan övlada Tanrının payı, Allahın mükafatı kimi baxılması bu məzmunda şəxs adlarının yaranması ilə nəticələnmişdir. Bu gün Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Mükafat adının daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. müqaddas sözü dilimizdə Allaha, Tanrıya aid olan, həmçinin əziz, sevimli, nöqsansız, mübarək, çox əziz, istənilən anlamlarını ifadə edir.
Müasir Azərbaycan dilində ərəb dilindən alınma müqəddəs sözü dilimizdə ümumişlək sözlərdəndir. Müqəddəs sözü ilə bağlı ifadələr, atalar sözləri, ibarələr də kifayət qədərdir. Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Müqəddəs ilahi, ilahi qüvvəyə malik mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. mülayim sözü dilimizdə yumşaq, həlim, xoş, ürəyəyatan, həmçinin isti ilə soyuq arasında olan, nə çox isti, nə də çox soyuq iqlim, mötədil iqlim mənasındadır.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Mülayim şəxs adı xoş, ürəyəyatımlı anlamındadır. Bu gün Mülayim adının daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. müslim sözündir. Müslimə qadın adı Azərbaycan dilində müsəlman, İslam dininə mənsub olan adam, dinə itaət edən, din tərəfdarı, dindar (İslam dinində olan) mənasını ifadə edən Müslim kişi adından (bax: ad – MÜSLİM) ənənəvi yolla yaranmışdır.
Adın təhrif olunmuş formaları Müslimət, Müslümə, Müslümət də sonradan müstəqil qadın adları kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti