fars. Mina adı və zar sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Minazər (bax: ad – MİNA; ZƏR) qadın adı mina kimi parlaq, sanki mina çəkilmiş kimi parlaq mənasındadır. Adın təhrif olunmuş forması Minəzər, eləcə də qısaltma forması Minaz da sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. minir (əslində münir) sözündəndir. Ərəb dilində Münirənin yanlış tələffüzündən yaranmış (Azərbaycan dilinin orfoepik qaydalarına uyğun tələffüzün nəticəsi olaraq) Minirə qadın adı işıq saçan, parlayan, nur çiləyən, işartı verən mənasını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. minnat sözü dilimizdə edilən hörmət və yaxşılığa qarşı daxilən duyulan borcluluq hissi, özünü borclu bilmə mənasındadır.
Azərbaycan antroponimikasında müştərək şəxs adları sırasında olan Minnət adının daşıyıcıları, əsasən, orta və yaşlı nəslin nümayəndələridir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti