yəhudi. Maryam xristianlığın əsasını qoyan İsa Peyğəmbərin anası Mariyanın adının ərəbcələşdirilmiş forması kimi izah edilir.
Mənbələrdə əslində rədd edən, müqavimət göstərən mənasını ifadə edən mara sözündən, eləcə də acı, zəhər mənasında olan marar sözlərindən olduğu barədə məlumatlara rast gəlinir. Avropada Mariya, Şərqdə Məryəm formasında geniş yayılmışdır. Bəzi lüğətlərdə dindar, günü ibadətlə keçən, ismətli, namuslu mənasını, bəzilərində isə sevgili, istəkli anlamlarını ifadə etməsi ilə bağlı izahlara da təsadüf edilir. Yəhudilərin peyğəmbəri və padşahı əfsanəvi Davudun nəslindən olan İmranın qızı, xristian dininin yaradıcısı İsa Peyğəmbərin anası Məryəmin əsl adındandır. Belə bir dini rəvayət vardır ki, yəhudilər İsanı atasız doğduğu üçün Məryəmi incitmiş və təqib etmişlər. Bu zaman yeni doğulmuş İsa guya dilə gəlib anasının günahsız və təmiz olduğunu təsdiq etmişdir. XX əsrdə qədim adlardan sayılan Məryəm məişətimizdə geniş yayılmış antroponimlər sırasında olsa da, bu gün artıq müşahidəediləcək dərəcədə azalmış qadın adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. marziya sözündəndir. Mərziyə qadın adı xoşagələn, məqbul hesab edilən, əlverişli, münasib mənasındadır.
Dilimizin antroponimik vahidlər sistemində mövcud Mərziyyə qadın adı İslam dini ilə əlaqədar şəxs adları sırasındadır. Məlumdur ki, İslam dini bərqərar olandan bütün müsəlman ölkələrində adqoymada Məhəmməd Peyğəmbərin adı kimi, ailə üzvlərinin, yaxınlarının adlarına da üstünlük verilmişdir. Şərq xalqlarında olduğu kimi, türk antroponimik vahidlər sistemində də mövcud Mərziyyə qadın adı Məhəmməd peyğəmbərin ən çox sevdiyi, imam Əli ilə ailə qurmuş kiçik qızının ləqəbindən formalaşmış addır. İslam dini tarixində əməlləri ilə məşhur olmuş iki imamın (imam Həsən və imam Hüseyn) anası Fatimə insanlığın bütün mənasında xoşagəlimli, bütün əməlləri anaya, qadınlığa məqbul, uyğun olan birisi olmuşdur. Fatimənin Mərziyyə ilə yanaşı, Mubarəkə (bax: ad – MÜBARƏK), Tahirə (bax: ad – TAHİRƏ), Zəkiyyə (bax: ad – ZƏKİYYƏ), Raziyyə (bax: ad – RAZİYƏ), Siddiqə (bax: ad – SİDDİQƏ), Mühəddəsə, Zəhra (bax: ad – ZƏHRA) kimi doqquz adı məlumdur. Bu adların hər biri Azərbaycan şəxs adları sistemində müstəqil qadın adı kimi mövcuddur. XX əsrdə məişətimizdə geniş yayılmış Mərziyə qadın adı artıq müşahidəediləcək dərəcədə azalmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətiərəb. mastur sözündəndir. Məsturə qadın adı toxunulmamış, təmiz, örtülü, qapalı, bakirə, təvazökar mənalarını ifadə edən Məstur kişi adından (bax: ad – MƏSTUR) ənənəvi yolla yaranmışdır.
Adın təhrif olunmuş forması Məstirə sonradan müstəqil qadın adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğəti