mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və kiçi sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Ağakişi (bax: ad – AĞA; KİŞİ) kişi adı hörmətli şəxs, əsl insan anlamına gəlir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Ağakişi bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və Qardaç sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Ağaqardaş (bax: ad – AĞA; QARDAŞ) kişi adı bu gün də bəzi bölgələrdə kiçik qardaşların, bacıların, gəlinlərin hörmət əlaməti olaraq böyük qardaşa müraciət formasından yaranmış- dır. Sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və Qulu adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Ağaqulu (bax: ad – AĞA; QULU) kişi adı yüksək nüfuz sahibinin, mənsəb sahibinin qulu anlamına gəlir. Azərbaycan antroponimikasında köhnəlmiş şəxs adları sırasında olan Ağaqulu bu gün yalnız soyadlarda yaşayan kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa tituluna cəm şəkilçisinin əlavə edilməsi ilə əmələ gəlmiş şəxs adıdır.
Ağalar (bax: ad – AĞA; LAR) kişi adı ağayana olan, mənsəb sahibi, nüfuz sahibi, həddən artıq ali xüsusiyyətlərə malik olan (adam) mənalarını ifadə edir.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ərəb. Mehdi adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar olan Ağamehdi (bax: ad – AĞA; MEHDİ) kişi adı şiəlik təriqətində on ikinci imamın adındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ərəb. Mahammad adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar olan Ağaməhəmməd (bax: ad – AĞA; MƏHƏMMƏD) kişi adı çox yüksək, ali olan Məhəmməd anlamını ifadə edir. Həm Azərbaycanda, həm də İranda on beş əsrə yaxındır ki, oğlan övladlara verilən adlardandır. Adın təhrif olunmuş Ağaməmməd, Ağamməd formaları da sonradan müstəqil kişi adları kimi rəsmiləşmişdir. Adın daşıyıcıları arasında XX əsrin görkəmli dilçi alimlərindən Ağaməmməd Abdullayevin (1892-1977) adını qeyd etmək yerinə düşərdi.
Azərbaycan şəxs adlarının izahlı lüğəti