mürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ərəb. Cavad adının birləşməsindən yaranmış şəxs adıdır.
Bir vaxtlar Ağacavad son dərəcə səxavətli, əliaçıq şəxslərə hörmət mənasında müraciət forması olmuşdur. Sonradan şəxs adı kimi formalaşmışdır. Ağacavad (bax: ad – AĞA; CAVAD) kişi adı səxavətlilərdən, ürəyiaçıq olanlardan ən üstün olanı mənasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ərəb. Cafar adının birləşməsindən yaranmış şəxs adıdır.
İslam dini ilə əlaqədar Ağacəfər (bax: ad – AĞA; CƏFƏR) kişi adı VI imam Cəfər Sadiqin adı ilə əlaqədar kişi adlarındandır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və Dadaç adının birləşməsindən yaranmış şəxs adıdır.
Ağadadaş (bax: ad – AĞA; DADAŞ) kişi adı Azərbaycanın bəzi bölgələrində qədim zamanlardan bu günə qədər kiçik qardaşların böyük qardaşlara, həmçinin kiçik gəlinin böyük qayına hörmət mənasında müraciət etdiyi adlardandır. Sonradan şəxs adı kimi formalaşmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və dayı sözünün birləşməsindən yaranmış şəxs adıdır.
Ağadayı (bax: ad – AĞA; DAYI) kişi adı Azərbaycan antroponimikasında müraciət bildirən sözlərdən yaranmış şəxs adlarındandır. Azərbaycanın bəzi bölgələrində qədim zamanlardan bu günə qədər ailədə böyük dayıya hörmət mənasında Ağadayı deyə müraciət edilir. Sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir.
Azərbaycan şəxs adlarının izahlı lüğətiAğaaddin sözündəndir. Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasında olan Ağaəddin (bax: ad – AĞA; ƏD-DİN) kişi adı dinin rəhbəri, din basçısı mənasındadır.
Dilimizin qrammatik qanunlarına uyğun yanaşı gələn iki saitdən birinin düşməsi (a düşümü) nəticəsində Ağəddin şəklindədir, yəni adın təhrif olunmuş forması sonradan müstəqil kişi adı kimi rəsmiləşmişdir. Bu gün ad Ağəddin formasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ərəb. Əli adının birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Azərbaycan antroponimikasında İslam dini ilə əlaqədar şəxs adları sırasında olan Ağaəli (bax: ad – AĞA; ƏLİ) kişi adı Həzrət Əlinin adı ilə əlaqədar olub, hörmət sahibi, nüfuz sahibi Əli anlamlarını ifadə edir. Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Ağaəli adı bu gün Ağəli formasındadır.
Azərbaycan şəxs adlarının izahlı lüğətimürəkkəb adların tərkibində işlənən arxaikləşmiş ağa titulunun və ami sözünün birləşməsindən əmələ gəlmiş şəxs adıdır.
Dilimizin fonetik qanunlarına əsasən, iki sözün birləşməsindən (birinci söz saitlə bitib, ikinci söz saitlə başlayarsa) əmələ gələn adlarda yanaşı gələn saitlərdən birinin düşməsi nəticəsində Ağaəmi adı bu gün Ağəmi formasındadır. Ağəmi (bax: ad – AĞA; ƏMİ) kişi adı Azərbaycan antroponimikasında müraciət bildirən sözlərdən yaranmış şəxs adları sırasındadır. Məlum olduğu kimi, Azərbaycanın bəzi bölgələrində qədim zamanlardan bu günə qədər ailədə böyük əmiyə hörmət mənasında Ağaəmi (Ağəmi) kimi müraciət edilmişdir və bu ənənə hələ də yaşayır. Sonradan şəxs adı deyə formalaşmışdır.
Azərbaycan şəxs adlarının izahlı lüğəti