Reklam
Reklam

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İMİR türk mənş.

imir şah arı, bununla əlaqədar zəngin, varlı anlamındadır.

Bəzi mənbələrdə Eymur (bax: ad – EYMUR) türk tayfalarının adı ilə də əlaqələndirilir. İmir kişi adının zəngin, imkanlı mənasını ifadə etməsi daha inandırıcıdır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti

İNQİLAB ərəb.

inqilab sözü dilimizdə dəyişiklik, dəyişkənlik, hər hansı bir sahədə – elm, texnika, incəsənət və s. sahələrdə əsaslı, köklü dəyişiklik, yenilik mənasındadır.

Siyasi termin kimi isə zorakı ictimai çevriliş, dövlət hakimiyyətinin hakim sinfin əlindən başqa sinfin əlinə keçməsi kimi izah edilir. İnqilab kişi adı dəyişiklik, yenilik anlamındadır. Türk xalqlarında da, ərəblərdə də İnqilab şəxs adına təsadüf edilmir. Azərbaycan dilində Şura (bax: ad – ŞURA), Marlen (bax: ad – MARLEN), Karlen (bax: ad – KARLEN) və s. kimi XX əsrin iyirminci illərində siyasi quruluşun dəyişməsi, inqilab yolu ilə bərqərar olan bolşeviklər hakimiyyətinin dövründə yaranmış şəxs adlarındandır. XX əsrin altmışıncı illərinə qədər məişətimizdə geniş yayılmış kişi adlarından olsa da, sonradan müşahidəediləcək dərəcədə azalmışdır. Adın daşıyıcılarından I Qarabağ müharibəsində döyüş bölgələrində göstərdiyi şücaətə görə Azərbaycanın Milli Qəhrəmanı (ölümündən sonra) adına layiq görülmüş İnqilab İsmayılov (1962–1992) fəxr olunası qəhrəmanlarımızdandır.

Azərbaycan şəxs adlarının izahlı lüğəti